Azərbaycan Dövlət Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin ad günüdür.Can sağlığı arzu edirik
Təbriklər
Atayev Fəxrəddin Qəhrəman oğlu 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1988-ci ildən başlamışdır. 1990-1992-ci illərdə hərbi xidmətdə olarkən hərbi orkestrin baş musiqiçisi vəzifəsində çalışmışdır.
O, 1993-1999-cu illərdə Bakı Musiqi Akademiyasında dirijorluq üzrə magistr dərəcəsi almışdır. (Onun ixtisas müəllimləri Yusif Axundzadə və Yalçın Adıgözəlov olmuşdur.)
1993-cü ildən 1988-ci ilədək Azərbaycan Dövlət Nəfəs Alətləri orkestrində valtorna alətləri qrupunun konsertmeystri və 1988-2014-cü illərdə həmin orkestrin dirijoru olmuş, məsuliyyətli dövlət tədbirlərində yüksək fəallıq göstərmişdir. Bunlardan, 2001-ci ildə dünya şöhrətli musiqiçi Mistislav Rastropoviçin atası Liyapold Rastropoviçin ev muzeyinin açılış mərasimini, 2002-ci ildə "Üzeyir Musiqi günü” zamanı Dövlət Kapellasını müşayiət edən orkestr Üzeyir Hacıbəyovun "Qalx ayağa millət”, “Koroğlu” operasının uverturasını və M. Maqomayevin "RV-8” marşını ifa etmişdir. Səslənən əsərlərin ikisini F.Atayev qısa müddət ərzində orkestr üçün orkestrləşdirmişdir. Dövlət Nəfəs Alətləri orkestri F. Atayevin rəhbərliyi ilə 2000-ci ildən başlayaraq Gəncə şəhər günlərində, 2005-ci ildən başlayaraq hər il H. Əliyev adına Yeni Təhsil Kompleksində tədris ilinin açılış və bağlanış mərasimlərində, hər ilin 9 may tarixində Nərimanov rayonunda yerləşən “Qardaşlıq məzarlığı”ndakı anım mərasimində, teatr mövsümlərinin açılışlarında, Novruz bayramıyla əlaqədar keçirilən kütləvi tədbirlərdə, Azərbaycan Diplomatiya Akademiyasının magistr buraxılışlarında, Beynəlxalq Kitab sərgisinin açılış mərasimində və habelə İçəri şəhərdə keçirilən və “İctimai” televiziya tərəfindən yayımlanan "Üzüm” bayramında müvəffəqiyyətlə çıxış etmişdir. Qeyd etmək lazımdır ki, orkestrin repertuarında olan əsərlərin bir hissəsini orkestrləşdirmişdir. 1999-2004-cü illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs ansamblının dirijoru vəzifəsində çalışmışdır. Bu dövr ərzində çoxsaylı dövlət tədbirlərinin və eləcə də Dövlət Rəqs Ansamblının 30 illik yubileyinə həsr edilmiş konsertin iştirakçısı olmuşdur.
1999-cu ildə Azərbaycan Dövlət Opera və Balet teatrında ilk debütü Z.Hacıbəyovun "Aşıq Qərib” operası ilə olmuşdur.
2000-2004-cü illərdə Azərbaycan Dövlət Opera və Balet teatrının simfonik orkestrinin dirijoru vəzifəsində çalışmışdır.
F.Atayev 2004-cü ildən Azərbaycan Milli Konservatoriyasının dirijorluq kafedrasında "orkestr sinfinə” rəhbərlik edir. Konservatoriyanın baş müəllimidir. O, dirijorluq və simfonik orkestrinin alətləri fənlərinə dair metodiki işlərin və dərs vəsaitlərinin müəllifidir. Musiqişünaslıq və folklorşünaslığa dair elmi məqalələri vaxtaşırı olaraq "Hərbi bilik”, "Tədqiqlər” "Qobustan”, "Dədə Qorqud” və başqa jurnallarda dərc edilir.
Beynəlxalq konfransların iştirakçısıdır. İlk dəfə olaraq "Milli Nəfəs Alətləri” orkestrinin yaradılması təklifini irəli sürmüş, üç ay ərzində Milli Konservatoriya nəzdində 21 nəfərdən ibarət milli nəfəs alətlərinin ifaçılarından ibarət orkestr yaratmış və konsert proqramını təqdim etmişdir. 2007-ci ildən Azərbaycan Dövlət Televiziya və Radiosunun qapalı səhmdar cəmiyyətinin "Niyazi” adına simfonik orkestrinin dirijoru vəzifəsində çalışır. Bu dövr ərzində bir çox Azərbaycan və xarici ölkə bəstəkarlarının simfonik və xor əsərlərinin lentə alınmasında bir dirijor kimi iştirak etmişdir. F. Atayev 2010-cu ildən M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının F. Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblının xor kollektivində xormeyster vəzifəsində çalışır. Bu dövr ərzində kollektivin repertuarını tam yeniləyərək onlarla xalq və bəstəkar mahnılarını xor üçün işləmişdir. 2010-cu ildə F. Atayev "Novruz” adlı konsert tamaşasının ssenarisini yazmış və Dövlət Flarnomiyasının F.Əmirov adına Mahnı və Rəqs ansamblının kollektivi ilə hazırlamışdır. İşlədiyi dövr ərzində Ü.Hacıbəylinin "Arşın mal alan”, "O olmasın bu olsun”, R. Hacıyevın "Qonşular”, S. Ələsgərovun "Kələkbazlar”, "Hərənin öz ulduzu”, O. Kazıminin "Qızıl toy”, E. Sabitoğlunun "Bankir adaxlı”, "Qırmızı papaq” R. Mirişlinin "Qısqanc ürəklər”, O. Rəcəbovun "Əlin cibində olsun” İ. Kalmanın "İddialı Qaraçı” və s. tamaşalarına dirijorluq etmişdir. Bundan əlavə Azərbaycan Dövlət Musiqi Teatırının sifarişi ilə "1001 gecə" nağılı əsasında hazırlanan yeni tamasa (rejisor İradə Gözölova) üçun F.Əmirovun mahnılarını ("Səni araram”, "Reyhan”, "Toy mahnısı”, "Gecə keçdi”, "Neyləmişəm” və s.) simfonik orkestr üçün işləmişdir.
10 mart 2016-cı iltarixində Xalq yazıçısı Elçinin “Baladadaşın toy hamamı” əsəri əsasında hazırlanan musiqili komediyasının (bəstəkar Firudin Allahverdi, quruluşçu rejissor Xalq artisti Cənnət Səlimova) quruluşçu dirijoru olmuşdur. Bundan əlavə Azərbaycan Dövlət Musiqili teatrının sifarişi ilə “1001 gecə “nağılı əsasında hazırlanan “999-cu gecə” tamaşasını (quruluşçu rejissor İradə Gözəlova, quruluşçu dirijor F.Atayev 2016.06.25. üçün F.Əmirovun musiqisi və mahnılarını (“Səni araram”, “Reyhan”, “Toy mahnısı”,”Gecə keçdi”, “Neyləmişəm” və s.) simfonik orkestr üçün işləmişdir. Hər iki tamaşa Azərbaycan Dövlət Musiqili Teatrı 106-cı mövsümünün "Mövsümün ən yaxşı tamaşası” seçilib
O, həmçinin bəstəkar kimi bir sıra müsabiqələrin iştirakçısı olmuşdur. 1996-ci ildə Azərbaycan Radio və Televiziya qapalı səhmdar cəmiyyətinin təşkil etdiyi ən yaxşı "Vətənpərvərlik marşı”na görə müsabiqəsində III yerə, 2004-cü ildə ANS şirkətlər qrupu və Milli Qəhrəman Çingiz Mustafayev Fondunun təşkil etdiyi "Qızıl marş” müsabiqəsinin diplomantı adlarına layiq görülmüşdür. F. Atayev simfonik orkestr, xor və solistlər üçün "Olimpiyada” uvertüra balladasını 2007-ci ildə yazmışdır. Əsər kütləvi xoreoqrafik, idman tamaşaları zamanı ifa edilmək üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinə təqdim edilmiş və müsbət rəy almışdır. Komitənin prezidenti tərəfindən 26.12.2007 tarixində imzalanmış xüsusi sertifikatla təltif edilmişdir.
F. Atayev 2009-cu ildən Azərbaycan Dövlət Musiqi Teatrında simfonik orkestrin dirijoru vəzifəsində fəaliyyət göstərir.
Musiqili Teatrın təqdim etdiyi Qoqolun “Evlənmə” tamaşasının 2011-2012-ci ilin yekunlarına görə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Zirvə” mükafatına layiq görülmüşdür.
22 sentyabr 2016-cı ildə Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
2001-ci ilin yanvar ayında Opera və Balet teatrının truppası ilə Türkiyənin İstanbul şəhərində Ü.Hacıbəyovun “Leyli və Məcnun”, Z.Hacıbəyovun “Aşıq Qərib” operalarının nümayişi zamanı tamaşalara dirijorluq etmişdir. 2002-ci ildə Şəfiqə Axundovanın "Gəlin qayası" operasını bərpa etmişdir.
Hiç yorum yok:
Yorum Gönder