“Daşaltı əməliyatı”, daşın altında qalan sirlər…!



“Daşaltı əməliyyatı”ndan 33 il keçir.Lakin bu əməliyyat haqqında müəmmalara indiyədək aydınlıq gətirilmir.1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edən , Azərbaycanın ilk Milli Ordusu (Şıxov taburu), Xüsusi Təyinatlı Dəstənin (Riyad Əhmədov), Şuşa Özünümüdafiə Dəstəsinin bir qismi, bu ordu birləşmələri Daşaltı əməliyyatına qədər bir neçə döyüşlərdə iştirak etmişdilər,(həmin əməliyyatda iştirak edən əsgər və zabitlər Sovet Ordusunda əsgəri xidmət keçmiş, bir çoxu Əfqanıstanda qulluq etmişdir). Daşaltı əməliyyatı haqqında söhbətlər əhali arasında hələ 23 yanvar 1992-ci ildə bazarda danışırdılar ki, Milli ordu 25 yanvarda Daşaltıya hücum edəcəkdir (bir tağımda olduğum Mehtiyev Əlibala ilə) eşitdik və bu haqda tağım komandirimiz Nəriman Zeynalova məlumat verdik. O, bu məlumatı Müdafiə Naziri Taciyəddin Mehdiyevə, komandir birqadanı (Zadir Rzayev bu əməliyyatın keçirilməsinə qarşı olduğu üçün əməliyyatdan uzaqlaşdırılmışdır) əvəz edən Nurəddin Abdullayevə bildirsədə, onlar hücümun və əməliyyatın məxfiliyi qorunmadığı halda heç bir tədbit görmədilər, əməliyyat olduğu kimi saxlanıldı.Bakı şəhərində Milli Ordunun məhv edilməsi,Azərbaycan xalqının döyüşmək qabliyyətinin olmadığını, xalqın gözünün qorxudulması məqsədi ilə, heç bir əhəmiyyəti olmayan bir kəndə hücum olundu, hansı ki, bir tağımla həmin kəndi daim nəzarətdə saxlamaq olardı. Lakin, ordu verilən əmrə tabe olaraq 25-26 yanvar tarixində Daşaltı kəndinə hücum etdi və həmin əməliyyatdan məlumatlı olan düşmənin hazırlıqlı olmasına baxmayaraq , əsgər və zabitlərimiz əsl igidlik səlnaməsi yazdılar, o döyüşlərdə düşmənin 80-dən çox yaraqlısı məhv edildi.Həmin döyüşdə şəhid və itgin düşmüş əsgər və zabit yoldaşlarımızın igidliklə döyüşdüyü haqqında bir neçə faktları qeyd etmək istəyirəm , onlar düşmənlə axrıncı mərmiləri qurtaranadək döyüşmüşlər o cümlədən düşmənə təslim olmamaq üçün özlərini və düşməni qumbara ilə partlatmışlar (Bayramov Kamil, Cəfərov Zaur, Soltanov Kazım…).Mənimlə birlikdə döyüşdə olmuş şəhid olmuş Nuriyev Rafiq, itgin düşmüş Priyev Ehtiram kimi bu gün adlarını qeyd etmədiyim əsgər və zabitlərimiz igidliklə döyüşmüşlər. Sonradan aparılan araşdırmalar zamanı Daşaltı əməliyyatında 34 nəfərin itgin və şəhid olduğu bildirilirdi.lakin çox təssüflər olsun ki, həmin siyahı (tam olmayaraq) aşağıda qeyd ediləndir. 1992-ci il yanvarın 26-da “Daşaltı əməliyyatı”nda şəhid olmuş, itkin düşmüş əsgər və zabitlərin tam olmayan siyahısı.

Şıxov Taboru

  1. Abbasov Məhərrəm Abbas
  2. Abdullayev Azad Yasir
  3. Abdullayev Nurəli Hacıbala
  4. Abdullayev Ramin Həbib
  5. Ağayev Yusif Balasər
  6. Ağayev Rafiq Qəzənfər
  7. Bayramov Kamil Canbala
  8. Bayramov Vaqif Pirəli
  9. Bayramov Orxan Rauf
  10. Cəfərov Zaur Firuddin
  11. Camalov Elman Hüseyn
  12. Cavadov Abbas Şəms
  13. Cəbrayilov Həmid Yaşar
  14. Əmirov Rəfail Mənsur
  15. Əliyev Bəkir İsa
  16. Əliyev Hidayət Məcid
  17. Əliyev Mehdi Rəşid
  18. Əliyev Ağabala Mirzəbala
  19. Əhmədov İmamqulu Soltan
  20. Hüseynov Gülverdi Ağahüseyn
  21. Həsənquliyev Şirindil Cavad
  22. Hacıbabayev Tofiq Arif
  23. Həsənov Sədrəddin Qardaşxan
  24. Həsənov Sərxan Altay
  25. Xəlilov Rövşən Allahverdi
  26. Xudayev Füzuli Cəmil
  27. İbrahimov Cavanşir Zeynal
  28. İbadov Şirzad Cavanşir
  29. İsmayılov Elxan Nazim
  30. İsgəndərov Əliyar Hüseyn
  31. Kərimov Elxan Sunbay
  32. Qasımov Sərxan Lətif
  33. Qurbanov Nofəl Nəriman
  34. Qiyasov İlqar Əsgər
  35. Qəhrəmanov Qəhrəman Qaçay
  36. Qədiməliyev Nizami Gülməmməd
  37. Malikov Amil Əliheydər
  38. Mehdiyev Nazim Əli
  39. Mikayılov Baba Babakişi
  40. Mirzəyev Rizvan Bilal
  41. Mustafayev Sabir İslam
  42. Məmmədov Mahir Arif
  43. Məmmədov Müşfiq Yusif
  44. Məmmədov İlqar İnqlab
  45. Nəcəfov Rəhman Hacı
  46. Nəcəfov Rövşən Hacı
  47. Namazov Azər Rəhim
  48. Niftalıyev Adil Kamal
  49. Nəsibov Arif Əmiraslan
  50. Nuriyev Rafiq Əli
  51. Priyev Ehtiram Bayram
  52. Rüstəmov Araz Balı
  53. Şamilov Zərraf Bakir
  54. Sultanov Kazım Hacı
  55. Səfərov Rövşən Qiyas
  56. Vəlicanlı Süleyman Məbud
  57. Tahirov Vaqif Sabir
  58. Tahirov Əlövsət Kamran
  59. Zeynalov Sahib Əliheydər
  60. Fətəliyev Abbas Ağahüseyn

Xüsusi Təyinatlı Dəstə

  1. Əhmədov Riyad Fikrət
  2. Musayev Vaqif Dursun
  3. Şirinov Elcan Qaçay
  4. Qasımov Veysəl Həbib
  5. Hüseynov Telman
  6. Andrey
  7. Yusifov Şahin Həsənqulu
  8. Yarıyev Qənbər Teymur
  9. Zeynalov Sahib Əliheydər
  10. Məmmədov Elmar

Şuşa özünümüdafiə dəstəsi

  1. Nəsirov Zahid Rafael
  2. Abutalıbov Eyvaz Cəmil
  3. Ələkbərov Zahid Vəliş
  4. Məhərrəmov Nazim Tofiq
  5. Rüstəmov Sabir Gəray
  6. Səfərov Şahverdi Bəhlul
  7. Quliyev Oqtay Gülməmməd
  8. Ələkbərov Arzu Bəhram
  9. Məmmədov Habil Qabil
  10. Həşimov Pərviz Varaşil

Şuşa şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 2019-cu ildə Şəhidlər Xiyabanında, 1992- ci ili yanvarında “Daşaltı əməliyyatı”nda şəhid və itgin düşmüş silahdaşlarımızın adları qeyd edilmiş lövhənin açılışı olmuşdur.

Məni Daşaltıda axtararsız

Deməyin itginəm, mən yox olmuşam,
Düşmənin qəlbinə bir ox olmuşam.
Əvvəl tək idimsə, indi çox olmuşam,
Yaşa bilmərəm ata-anasız,
Məni Daşaltıda axtararsız.

Demə son döyüşüm “Daşaltı” oldu
Demə bacılarım saçını yoldu,
Demə ki, anamın gözləri doldu
Sevinib şənlənən o düşmən qansız,
Məni Daşaltıda axtararsız.

Ürəklərdə mənim məkanım ancaq,
Mənsiz qızmayacaq nə ev, nə otaq.
Nahaq gəzirsiniz siz məni,nahaq,
Belə boş gəzməyin yorularsınız,
Məni Daşaltıda axtararsız.

Qorxma, vətən daşı Daşaltıdadır,
Sarımayın qollarım Daşaltıdadır.
Nə olsun ki, cismim Daşaltıdadır,
Ruhuma dəyməyin, siz Allah, cansız,
Məni Daşaltıda axtararsız.

Sevgilim, heç kimə açma könlünü,
Saxla bu fəryadı, yanğını, kini.
Gözlə toyumuzu-o, xöşbəxt günü.
Qoy gəlib desinlər gözəl yarsınız,
Məni Daşaltıda axtararsız.

Hərdəfən Şuşa ətrafında xüsüsəndə Daşaltı kəndi istiqamətində gedən döyüşlər haqqında (2020-ci il) məlumat verililəndə 1992-ci ildə gedən döyüşlər gözümün önünə gəlirdi və həmin döyüşlərdə itgin düşmüş (50 nəfərə yaxın) əsgər və zabitlərimizdən məlumat olacağını hər birimiz səbirsizliklə gözləyirdik.Çox təsüflər olsun ki, bu günə kimi Ermənistan rəhbərliyi itgin düşmüş əsgər və zabitlərimiz haqqında məlumat vermək istəmir. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev göstərişi ilə I Vətən Müharibəsində itgin düşmüş Soydaşlarımız (4000minə yaxın) haqqında məlumat verməkdən imtina edildiyi üçün Ermənistan Dövlətini 2021-ci ildə Avropa Məhkəməsinə verilməsi haqqında göstəriş vermişdir.İnanırıq ki, itgin düşmüş vətəndaşlarımız haqqında tezliklə şad xəbərlər eşidəcəyik. Məlumat üçün bildirim ki, 2020-ci il torpaqlarımız işğaldan azad edildikdən sonra, müxtəlif ərazilərdə aparılmış axtarışlar nəticəsində bir neçə kütləvi məzarlıqlar aşkar edilmişdir və illərdi itgin düşmüş 50 nəfərdən artıq “Daşaltı” əməliyyatının iştirakçısı olmuş döyüş yoldaşlarımızdan 12 nəfərin DNT testi nəticəsində şəxsiyyətləri müəyyən edilərək (Abbasov Məhərrəm Abbas oğlu, Abdullayev Nurəli Hacıbala oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Mikayılov Baba Babakişi oğlu, Niftalıyev Adil Kamal oğlu, Rüstəmov Araz Balı oğlu, Əhmədov Riyad Fikrət oğlu, Qasımov Veysəl Həbib oğlu, Məmmədov Elmar İnqlab oğlu, Camalov Elman Hüseyn oğlu, Ağayev Yusif Balasər oğlu) dəfn edilmişdilər. Ali Baş Komandanın rəhbərlik etdiyi qəhrəman ordumuzun “Dəmir yumruq” əməliyyatı nəticəsində təkcə erməni ordusu məhv olmadı, həm də “böyük Ermənistan” xülyasına son qoyuldu. Bu gün Qələbə Zəfərini görməyi Bizlərə nəsib edən Ali Baş Komandan İlham Əliyevə, Müzəfər Ordumuza tükənməz minətdarlığımı bildirirəm.

Hər il olduğu kimi bu ildə yanvarın 26-da saat 10-da Şəhidlər Xiyabanında Şəhidlərimizi yad edəcəyik.

Niyazi Quliyev,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin
Nəzarət Təftiş Komissiyasının sədri

Hiç yorum yok:

Yorum Gönder

Pages