Bu gün Milli Qəhrəman Hikmət Muradovun doğum günüdür



Bu gün Azərbaycanın Milli Qəhrəmanlarından birinin ad günüdür. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 23 yanvar Milli Qəhrəman Hikmət Muradovun doğum günüdür.

Hikmət Oqtay oğlu Muradov 1969-cu il yanvarın 23-də Bakı şəhərində anadan olub. O, Kiyev Ali Mülki Aviasiya İnstitunu bitirib, cəbhə bölgəsinə dəfələrlə uçuşlar edib, Xocalıya hərbi yüklərin daşınmasında xüsusi xidmət göstərib, 1991-ci il oktyabrın 29-da Xanabad kəndi yaxınlığında düşmənin atəşi nəticəsində təyyarəsi vurulub, təyyarəsi ilə birlikdə yerə düşərək həlak olub. 1992-ci il noyabrın 25-də Milli Qəhrəman adına layiq görülüb.

Qeyd edək ki, Hikmət Muradov Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə oxuduğu 190 saylı orta məktəbdə xatirə lövhəsi vurulub.

Hiç yorum yok:

Yorum Gönder

Pages