Bu gün  #Birinci_Qarabağ müharibəsi şəhidi, Tərtər özünümüdafiə  batalyonunun ilk komandirlərindən biri, Azərbaycanın Milli Qəhrəmanı,   kənd sakini, 28 fevral 1952-ci il təvəllüdlü  mayor Elman Süleyman oğlu Hüseynovun şəhadətə çatmasının 30-cu, anadan olmasının isə 72-ci ildönümüdür. 

      Elman  Hüseynov 1968-ci ildə Azad Qaraqoyunlu kənd orta  məktəbində təhsilini başa vurmuş,  1973-cü  ildə Azərbaycan Dövlət  Politexnik İnstitutunu bitirərək  mühəndis meliorator  ixtisası almışdır.  1973-1975-ci illərdə  Gürcüstanın Axalkalaki şəhərində leytenant rütbəsində zabit kimi  xidmət etmişdir.   1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil almışdir.

   1982-1991-ci illərdə Tərtər rayon Xalq Nəzarəti Komitəsinin sədri, Tərtər rayon Xalq Deputatları Soveti  İcraiyyə Komitəsi sədrinin birinci müavini, Tərtərçay hidroqovşağı İstismar İdarəsinin rəisi, sonra isə rayon Partiya Komitəsində təlimatçı vəzifələrində çalışmışdir.

      1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərərgahının rəisi, 1991- ci ilin noyabrında Tərtər
ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş
döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və
texnikası məhv edilmişdir. Döyüşlərdə iki dəfə yaralanmışdır.

     1993-cü il yanvarın 14-də #Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.

      Onun nəşi Tərtərə gətirilərək doğma  Qaraqoyunlu  kənd qəbiristanlığında  dəfn edilmişdir.

     Evli idi. Üç övladı qalıb.

      1995-ci il yanvarın 15-də ölümündən sonra Elman Hüseynov  "Azərbaycanın  Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Tərtər şəhərində adına küçə var və büstü qoyulmuşdur.

       Elman bəylə şəxsən tanış olmaqla, 1991-1992-ci illərdə Tərtər özünümüdafiə qərargahında və Tərtər batalyonunun formalaşmasında fəaliyyət göstərmişik.      

    Elman bəyin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. 

    Şəhidimizin əziz xatirəsini sayğı və ehtiramla anaraq ailə üzvlərinə və yaxınlarına Tanrıdan səbr diləyirəm  Ruhu şad, məqamı uca, məzarı nurlu  olsun. 

#ŞəhidlərölməzVətənbölünməz.

Hiç yorum yok:

Yorum Gönder

Pages