Bələdiyyə seçkisinin ilkin nəticələri nə zaman açıqlanacaq?



"Hesab edirəm ki, bələdiyyə seçkisində səsvermənin keçirilməsində aşkarlıq baxımından biz bütün tələbləri yerinə yetirəcəyik. Çalışacağıq ki, yanvarın 29-da axşam və 30-da günorta ilkin nəticələri ictimaiyyətə çatdıraq".

Bakmiltv.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bələdiyyə seçkisini 70 mindən artıq müşahidəçi izləyəcək. Min məntəqədə kamera quraşdırılıb.

Məzahir Pənahov, həmçinin qeyd edib ki, bələdiyyə seçkisinə beynəlxalq müşahidəçilər qeydə alınmayıblar.

Hiç yorum yok:

Yorum Gönder

Pages