“Əbədi Birlik”



Gənclər İctimai Birliyinin  təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Azadlığa Doğru: 20 Yanvarın Əbədiləşən Ruhları” adlı tədbir keçirildi.

Tədbirdə fəxri qonaq olaraq Azərbaycan Milli Məclisinin deputatı Vüqar İskəndərov, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru
Çingiz Qənizadə, ehtiyatda olan polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Huseyn və Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olmuş Nizami İsrafilov iştirak etdi, 20 Yanvar Faciəsi ilə bağlı danışdılar.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səslənib, şəhidlər bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin 20 Yanvar Faciəsi ilə bağlı tarixi çıxışları təqdim edilib.

Daha sonra Rəşvin Şirəlizadə, Ayan Sədi, Tacirə Əliyeva və Leyla Səfərovanın qiraəti ilə şeirlər səsləndirilib.

Türk Dövlətləri Gənclik Platformasının sədri Fatih Emir Torun Türkiyə Cümhuriyyətini təmsilən 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək öz təəssüratlarını bölüşüb.

“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev xalqımızın azadlıq uğrunda mübarizəsinin simvoluna çevrilmiş bu qanlı və şanlı tarixi, şəhidlərimizin əziz xatirəsini anmaq üçün gələn bütün qonaqlara və gənclərə təşəkkürünü bildirib.



Hiç yorum yok:

Yorum Gönder

Pages