Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar qurbanlarının xatirəsini yad edib.
Bakmiltv.info Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan səfirliyinin sosial şəbəkələrdəki paylaşımında bildirilib.
"Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və səfirliyin əməkdaşları ilə birlikdə 35 il əvvəl Vətənin azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla yad edib. 1990-cı il yanvarın 20-də sovet qüvvələrinin nümayişçilərə vəhşicəsinə hücumu nəticəsində dinc sakinlər öldürüldülər", - paylaşımda bildirilib.
Onların xatirəsini ehtiramla yad etmək üçün diplomatik nümayəndəliklərin rəhbərləri Şəhidlər xiyabanında Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar.
"20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli, eyni zamanda, qəhrəmanlıq səhifələrindən biri kimi, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi daxil olub", - paylaşımda qeyd olunub.
11:32
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Şəhidlər xiyabanını ziyarət edib.
Bakmiltv.info Oxu.Az xəbər verir ki, o bu barədə özünün "X" sosial media hesabında paylaşım edib.
"20 Yanvar qırğını qardaş Azərbaycan xalqının müstəqillik məşəlini alovlandırdığı, böyük oyanışın, qələbəyə doğru mübarək yolun başladığı gündür! Müqəddəs şəhidlərimizin ruhu şad olsun.
Bayrağı bayraq edən qandır,
Torpaq, uğrunda ölən varsa, vətəndir", - paylaşımda qeyd olunub.
10:57
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Şəhidlər xiyabanını ziyarət edib.
Bakmiltv.info Oxu.Az xəbər verir ki, o bu barədə özünün rəsmi "X" sosial media hesabında paylaşım edib.
"Bu gün 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş faciəli hadisənin 35-ci ildönümüdür. Müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini yad etmək üçün Azərbaycan dövləti və xalqının yanındayıq", - paylaşımda qeyd olunub.
10:34
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bakmiltv.info Oxu.Az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
"Qanlı 20 Yanvar hadisələrində azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanları dərin hüznlə anıram", - deyə paylaşımda qeyd olunub.
Həmçinin ABŞ-nin Azərbaycandakı səfirliyi də 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib.
Bakmiltv.info Oxu.Az xəbər verir ki, səfirliyin müvəqqəti işlər vəkili Hüqo Qevara Şəhidlər xiyabanını ziyarət edib.
"Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk", - deyə müvəqqəti işlər vəkili Hüqo Qevara qeyd edib.
Fransanın Azərbaycandakı səfiri Ann Buayon da 20 Yanvar - Ümummilli Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bakmiltv.info Oxu.Az xəbər verir ki, o, bununla bağlı "X" hesabında paylaşım edib.
"Bu gün biz həmkarlarımla birlikdə 1990-cı il 20 Yanvar qurbanlarının xatirəsini ehtiramla yad etdik", - deyə paylaşımda qeyd olunub.
Hiç yorum yok:
Yorum Gönder