“Azərbaycan Bayrağı” ordenli Baş leytenant, İkinci Vətən Müharibəsi Şəhidi Ramiq Mikayılovun Cənnətdəki beşinci doğum günündə-SURAXANI RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ TƏDBİR KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)



İkinci Vətən Müharibəsi Şəhidi Ramiq Mikayılovun doğum günüdür.

Ramiq Mikayılovun-25 yanvar 2025-ci il tarixində 32 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün-24 yanvar 2025-ci il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində tədbir düzənlənib.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar başlayıb.

Çıxışlarda Şəhidin 32 illik qısa və şərəfli ömür yolundan danışılıb, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Ailəsinə-doğmalarına Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Şəhidin anası Gülgəz Mikayılova da öz növbəsində tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını ifadə edib.

Övladı ilə Fəxr etdiyini  Qürur duyduğunu dilə gətirib.

Tədbirdə eyni zamanda, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar ifa edilib.

Qeyd edək ki, tədbirdə Şəhidin anası, tək qardaşı və bacısı, Şəhid ailələri, Qazilər, Suraxanı rayon Heydər Əliyev adına Mərkəzin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Bakmiltv.info xəbər verir ki, Ramiq Mikayılov 1993-cu ilin yanvar ayının 25-də Şamaxı rayonunun Ovçulu kəndində dünyaya gəlib.

Ailənin 3 övladından-2 qardaşdan biri olub.

1999-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub.

2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali-hərbi təhsil alıb.

Peşəkar hərbçi kimi Azərbaycan Ordusunda fəaliyyət göstərib, Qərargah rəisi olub, Baş leytenant hərbi rütbəsini daşıyıb.

İkinci Vətən Müharibəsi zamanı peşəkar hərbçi kimi döyüşlərə qatılıb.

Sentyabrın 30-da isə qəhrəmancasına Şəhidlik məqamına ucalıb, nəşi Ovçulu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Həm Şəhidliyindən öncə, həm də Şəhidliyindən sonra medallarla, o cümlədən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Ailəli olub, bir övladı-oğlu Vətənə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

14:52

***

FOTOLAR:

***


Hiç yorum yok:

Yorum Gönder

Pages