Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Rzaquliyev Füzuli Ədəb oğlunun doğum günüdür. Bu gün onun 64 yaşı tamam olur.
İllər keçdikcə, insanın yaşına yaş əlavə olunduqca kamillik də artır, həyat təcrübəsi zənginləşir. Belə insanlar arasında Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edən, torpağına və xalqına bağlılığı ilə seçilən şəxslər xüsusi yer tutur. Bu qəhrəmanlardan biri də Azərbaycanın görkəmli vətənpərvəri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Ədəb oğlu Rzaquliyevdir. Füzuli Rzaquliyev Azərbaycan xalqının milli qəhrəmanlıq ruhunu özündə cəmləşdirən bir insandır. O, təkcə çətin və şərəfli döyüş yolu keçməklə qalmamış, həm də xalq arasında «Qarabağın Koroğlusu» kimi tanınmışdır. Bu ad onun vətən uğrunda fədakarlığını və mübarizliyini təsvir edən ən dəyərli ifadələrdən biridir. Onun rəhbərlik etdiyi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində ölkəmizin veteranlarına, müharibə iştirakçılarına və qazilərinə dəstək olmaq üçün yorulmadan çalışır. Füzuli Rzaquliyev təkcə özü deyil, həm də vətənpərvər övladları ilə Azərbaycan xalqına qürur yaşadıb. Onun oğlu İlkin Rzaquliyev də bu şanlı soyadın layiqli davamçısıdır. İlkin Rzaquliyev 44 günlük Vətən Müharibəsində Azərbaycan torpaqlarının azadlığı uğrunda mübarizə aparmış, qəhrəmanlıq göstərərək qazilik məqamına yüksəlmişdir. Atanın döyüş yolu ilə oğulun qəhrəmanlığı birləşərək Rzaquliyev ailəsini Vətənə sədaqətin və qəhrəmanlığın simvoluna çevirmişdir.
Gənclik illəri
Füzuli Ədəb oğlu Rzaquliyev 1961-ci il yanvar ayının 5-də Azərbaycanın füsunkar Qarabağ torpağında, Ağdərə rayonunun Xatunbəyli kəndində dünyaya göz açıb. Onun doğulduğu məkan Azərbaycanın qəhrəmanlıq ruhunu yaşadan bölgələrindən biri olaraq, şəxsiyyətinin formalaşmasında böyük rol oynayıb. Füzuli Rzaquliyevin təhsil həyatı da vətənə sevgi və intizam üzərində qurulmuşdur. O, 1976-cı ildə doğma kəndi Xatunbəylidə səkkizinci sinfi, 1978-ci ildə isə Ağdərə rayonunun Manikli kəndindəki orta məktəbi uğurla bitirmişdir. Gənclik illərində əldə etdiyi bilik və bacarıqlar onun gələcəkdə göstərdiyi xidmətlərin təməlini qoymuşdur. Təhsil yolunda irəliləyərək, 1986-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirmişdir. Bu fakültədə qazandığı biliklər onun həm tədris sahəsində, həm də hərbi xidmətdə peşəkar və məsuliyyətli bir şəxsiyyət kimi tanınmasına şərait yaratmışdır. Füzuli Rzaquliyev 1980-1982-ci illərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub. 1982-1986-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsində təhsilini bitirdikdən sonra 1986-1989-cu illərdə Qarabağda məşhur hərbi (rəhbər) müəllim, 1989-1991-ci ilərdə isə Bakı Kommersiya Texnikomunda müəllim işləyib.
Döyüş yolu
Füzili müəllim 1991-1994-cü illərdə Azərbaycan Ordusun döyüş bölgələrində yerləşən hərbi hissəsində tabor komandirinin birinci müavini- qərargah rəsi vəzifəsində xidmət etmişdir. O, Azərbaycan Respublkasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona və tabora həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsin-dən layiqincə gələrək ağır yaralanmışdır. 2-ci qrup müharibə əlili olan Füzuli Rzaquluyev döyüşdə ağır yaralansa da son atəşkəs gününə qədər ordu sıralarını tərk etməmişdir. Erkəc, Mənəşid,, Buzluq, Daşaltı yaşayış məntəqələri, həmçinin Şuşa, Kəlbəcər, Laçın, Ağdərə rayonları istiqamətində gədən ağır döyüşlərdə özünü bacarıqlı, səriştəli bir komandir kimi göstərmişdir. Məhz göstərdiyi çoxsaylı şücaətlərinə görə Füzuli Ədəb oğlu Rzaquliyevə döyüş dostları «Koroğlu» ləqəbi vermişdilər. O, Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi illər ərzində, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində sədr vəzfəsində olduğu müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə müvafiq Nizamnamələrin, təlmatların, nizamnalələrin və əmrlərin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə, bir çox medallarla, döş nişanları ilə, fəxri fərmanlarla təltif edilib və ona təşəkkür elan edilib.
Füzuli Rzaquliyev doğulduğu və yaşadığı kəndin, 1-ci və 2-ci Vətən müharibəsində iştirak etmiş döyüşcülərin xeyir və şərində yaxından iştirak edən bir ziyalıdır. O, ictimaiyyət, dost-tanış, o cümlədən işlədiyi və xidmət etdiyi mühütdə özünə böyük hörmət qazanmışdır. Dostluqda möhkəm və sadiq insan olan Füzuli Ədəboğlu hamı ilə maraqlanan, onların problemlərinin həllinə can yandıran el adamıdır. Qohum-əqraba, dost-tanış, döyüşçü dostları, müharibə iştirakçıları arasında böyük hörmət sahibi olan AVMVİB sədrini məhz bu xüsusiyyətlərinə görə onu çox sevir və şəxsiyyətinə dərin rəğbət hissi ilə yanaşırlar.
El ağsaqqalı və ictimai xadim
Füzuli müəllim üstün qabiliyyəti, zəngin söz ehtiyatı və dərin vətənpərvərlik hissi ilə tanınan zəhmətkeş bir insandır. O, istənilən mövzuda səmimi və dərin mənalı söhbətlər aparır, hikmətli fikirlər və müdrik kəlamlarla həmsöhbətlərini heyran qoymağı bacarır. Onunla söhbət edən hər kəs, ilk andan onun necə sadə, alicənab, təvazökar və geniş dünyagörüşünə malik ziyalı olduğunu anlayır və ona böyük hörmətlə yanaşır.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVMİB) rəhbərlik etdiyi gündən bəri Füzuli müəllim cəmiyyətin, dövlətin qayğılarını dərk edən, mehriban, səmimi, savadlı və insanlara qarşı həssas münasibət göstərən şəxsiyyət kimi tanınmışdır. Onun bu xüsusiyyəti həm ətrafındakı insanlar, həm də döyüşçü yoldaşları arasında böyük hörmət və rəğbət hissi qazanmasına səbəb olmuşdur.
Rzaquliyev Füzuli Ədəb oğlu, Azərbaycanın ərazi bütövlüyü uğrunda 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində böyük fəallıq göstərmiş, döyüş bölgələrində əsgərlərimizin yanında olmuş, onları həm mənəvi, həm də fiziki olaraq dəstəkləmişdir. Füzuli müəllimin oğlu, baş leytenant İlkin Füzuli oğlu Rzaquliyev də işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizədə yüksək vəzifə və tapşırıqları şərəflə yerinə yetirərək qəhrəmanlıq və şücaət nümunəsi göstərmişdir. Sözsüz ki, bu ailənin vətənə və dövlətə bağlılığı, fədakarlığı və zəhməti xalqımızın yaddaşında həmişə yaşayacaqdır.
Füzuli müəllim nurani şəxsiyyəti ilə yanaşı, həm cəsarətli zabit, həm də insanpərvər, səxavətli və əliaçıq bir el ağsaqqalı kimi yalnız rəhbərlik etdiyi böyük bir təşkilatda deyil, eyni zamanda, həyatın hər qatında – dostluqda, qohumluqda, sosial münasibətlərində ictimaiyyətin dərin hörmətinin, sarsılmaz etibarının və sonsuz sevginin təcəssümünə çevrilmişdir.
DOĞUM GÜNÜNÜNÜZ MÜBARƏK OLSUN, FÜZULİ MÜƏLLİM!
AVMVİB-nin Xankəndi şəhər və Xocalı rayon şöbəsi
Hiç yorum yok:
Yorum Gönder