Kübrabəyim Ağa qızı Əliyeva Gəncədə anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni–maarif fakültəsində təhsil alıb (1977). Sumqayıt Dövlət Dram Teatrında (1971-1976), Musiqili Komediya Teatrında çalışıb. 1991-ci ildən Akademik Milli Dram Teatrında çalışıb.Əməkdar artistdir (2000).
Filmoqrafiya:
Axırıncı aşırım (1971, tammetrajlı bədii film) – aktrisa (Xəlilin arvadı)
Evləri köndələn yar (1982, tammetrajlı film-tamaşa) – aktrisa (Nadirin arvadı)
Sonuncu məhəbbət (1985, tammetrajlı film-tamaşa) – aktrisa (Ümbülnisə)
Analar (1986, tammetrajlı film-tamaşa) – aktrisa (Zərbuta)
Gülüş sanatoriyası (1989, tammetrajlı film-tamaşa) – aktrisa (nənə)
Şahid qız (1990, tammetrajlı bədii film) – aktrisa (Kübra)
Şirbalanın məhəbbəti (1991, tammetrajlı bədii film) – aktrisa (Ümbülnisə), musiqi ifaçısı
Mənim ağ şəhərim (1993, tammetrajlı bədii film) – aktrisa (Kübra xanım)
İtkin gəlin (1994, bədii serial) – aktrisa (Xədicə)
Canavar balası (1997, tammetrajlı bədii film) – aktrisa (Mama Roza)
Sabiqlər (1999, tammetrajlı film-tamaşa) – aktrisa (nazirin arvadı)
Sabiqlərin yeni sərgüzəştləri (2000, tammetrajlı film-tamaşa) – aktrisa
Güllələnmə təxirə salınır!... (2002, tammetrajlı bədii film) – aktrisa (Sonya)
Məhəllə (2003, tammetrajlı bədii film) – aktrisa (Südabə)
Məhəllə Moskvada (2004, tammetrajlı bədii film) – aktrisa (Südabə)
Tam məxfi (2004, bədii serial) – aktrisa (Kamilin anası)
Məşədi İbad 94 (2005, tammetrajlı bədii film) – aktrisa (hamamçı)
Evləri göydələn yar (2010, tammetrajlı film-tamaşa) – aktrisa (Zivər)
Hiç yorum yok:
Yorum Gönder