Eldar Həsən oğlu Əliyev Bakıda anadan оlub. M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqоji İnstitutunda (1959), M.A.Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsində (1966, Məlik Dadaşovun sinfi) təhsil alıb. Pedaqoji İnstitutu bitirəndən sonra bir neçə ay 20 nömrəli orta məktəbdə işləyib. İlk vaхtlar Səməd Vurğun adına Rus Dram Teatrında rejissоr işləyib, sоnralar Musiqili Kоmediya Teatrında, Leninqrad Dövlət Musiqili Kоmediya Teatrında, Komissarjevskaya adına Teatrda tamaşalar hazırlayıb. İlk rejissor işi "İnkoqnito" tamaşası olub (1966). Xarici film istehsalçılarının çəkdikləri “Azadlıq şirin sözdür” (1972, rejissor Vitautas Jalakyakiçyus / Rusiya, Litva) filmində leytenant Kurilo rolunda çəkilib. Eldar Əliyev 1984-cü ildə vəfat edib.
Filmoqrafiya:
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (Əlimərdanın adamı)
Sən niyə susursan? (1966, tammetrajlı bədii film) – aktyor (2-ci avtomobil müfəttişi)
Mən ki, gözəl deyildim (1968, tammetrajlı bədii film) – aktyor (Çingiz)
Dəli Kür (1969, tammetrajlı bədii film) – aktyor (Rus Əhməd)
1001-ci qastrol (1974, tammetrajlı bədii film) - aktyor (rejissor)
Günlərin bir günü – Günlərin bir günü (1976, tammetrajlı bədii film - kinoalmanax) – aktyor
Mezozoy əhvalatı (1976, tammetrajlı bədii film) – aktyor (Akif)
Qız qalası əfsanəsi (1978, animasiya filmi) – direktor
Toral və Zəri (1979, animasiya filmi) – direktor
Gümüşü furqon (1982, tammetrajlı bədii film) – aktyor (Ağadadaş)
Allah rəhmət eləsin
Hiç yorum yok:
Yorum Gönder