16.01.2025 ci il tarixdə Zəngilan rayon İcra Hakimiyyətinin mədəniyyət evində YAP Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə 20 Yanvar 1990 cı il qətliamının 35 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə , Rayon İcra hakimiyyətinin başçısının müavini Nizami Mövsümiv, Məktəb direktorları, ictimayət nümayəndələri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, sədr müavini Zakif Abbasov və şöbə üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Zeynəb Bağır ilk öncə hadisə barədə qısa məlumat verdi və tədbir iştirakçılarını Zəngilan rayon məktəblərinin şagirdlərinin 20 yanvar qətlamına həsr etdiyi rəsm əsərlərinə baxmağa dəvət etdi. Şagirdlər tərəfindən çəkilən rəsmlər maraqla qarşılandı. Sonra Şəhidlərin ruhuna 1 dəqiqəlik sayğı duruşu elan edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadəyə verildi. Natiq Quluzadə 20 yanvar qırğını barədə ətraflı məruzə etdikdən sonra soz digər çıxışçılara verildi. Zəngilan rayon İcra Hakimiyyətinin başçısının müavini Nizami Mövsümiv çıxış edərək xalqımızın başına gətirilən bu müsibətlərə baxmayaraq qaldınız ayaqda dura bilərək əzmlə mübarizə apararaq öz suverenliyini elan etdiyini bildirdi. Sonra söz digər çıxışçılar 20 nömrəli məktəbin direktoru Nazim müəllim, Zəngilan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ceyran Abbasova, Zəngilan rayon Mədəniyyət Evinin müdiri Mehman Nəsirov, Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şuşanın sədri Sənan Məhərrəmov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Azad Musayevə verildi. Çıxışçılar hadisə barədə ətraflı danışıb bu qanlı tarixi heç vaxt unutmayacaqlarını bildirdilər. Azad Musayev öz çıxışında həmən gün Bakı şəhərində hadisələrin içində olduğunu və gördüyü dəhşətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi. Allah Bütün Şəhidlərimizə rəhmət eləsin.
Azad Musayev
AVMVİB Zəngilan rayon şöbəsinin sədri
Hiç yorum yok:
Yorum Gönder