Xocalı şəhidi Vasif Məmmədovun doğum günüdür!




Azərbaycan xalqının qürur duyduğu oğullardan biri-şəhid Vasif Salman oğlu Məmmədovun doğum günüdür. Vasif 1965-ci il dekabrın 7-də Xocalıda doğulub. O, ömrünün son dəqiqəsinə kimi Xocalıda yaşayıb.
1991-ci ilin oktyabr ayında Xocalı Ərazi Özünümüdafiə Taboru yaradılanda həmin Tabora könüllü ilk üzv olan Vasif bəy olub. O, qardaşı ilə birgə doğma Xocalının müdafiəsində dayanıb.1992-ci il fevralın 26-da Xocalı soyqırımı baş verən zaman hər iki qardaş şəhid oldu. Vasif də, Rasif də ailəli idi. Vasif Məmmədovun 2 oğlu yadigar qalıb.
Allahın izni, Azərbaycan Ordusunun şəxsi heyətinin 2023-cü il sentyabrın 19-20-də apardığı lokal antiterror əməliyyatları nəticəsində Xocalı şəhəri düşmən tapdağından azad edildi. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən azad olunan ərazilərdə, o cümlədən də Xocalıda tikinti-quruculuq işləri aparılır.Sevindiricidir ki, 32 sonra Xocalıya qayıdan ailələrin arasında şəhid Vasif Məmmədovanın ömür-gün yoldaşı Ceyran Əzizova və onun 2 oğlu, onların ailə üzvləri də var. Əminik ki, şəhid Vasif Məmmədovun ruhu şadddır.
Allah rəhmət eləsin. Amin!

Şamil Sabiroğlu, jurnalist.
Bakı, 07.12.2024.

Hiç yorum yok:

Yorum Gönder

Pages