Səfurə Ağababa qızı İbrahimova Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1960-1964, Rza Təhmasibin kursu). 1961-ci ildən Azərbaycan Dövlət Dram Teatrında işləyib. Səhhətində problemlər yarandığından 2005-ci ildə teatrdan uzaqlaşıb. Hüseyn Cavidin “İblis” faciəsində oynadığı Rəna roluna görə Azərbaycan Dövlət mükafatına (1984) layiq görülüb. Əməkdar artist (1974), Xalq artistidir (2002).
Filmoqrafiya:
Bizim küçə (1961, tammetrajlı bədii film) – aktrisa (Asya)
Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – aktrisa (Telli)
Yun şal (1965, qısametrajlı bədii film) – aktrisa (Südabə)
İstintaq davam edir (1966, tammetrajlı bədii film) – aktrisa (Məryəm)
Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – aktrisa (Nəcəfovun arvadı)
Dəli Kür (1969, tammetrajlı bədii film) – aktrisa
O qızı tapın (1970, tammetrajlı bədii film) – aktrisa (Xalidə)
Sevil (II) (1970, tammetrajlı bədii film) – aktrisa (Dilbər)
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – aktrisa (Həbibə)
Alma almaya bənzər (1975, tammetrajlı bədii film) – aktrisa (Mədinə)
Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) – aktrisa (Sənəm)
Tütək səsi (1976, tammetrajlı bədii film) – aktrisa (İsmət)
Şir evdən getdi (1977, tammetrajlı bədii film) – aktrisa (tülkü)
Qayınana (II) (1978, tammetrajlı bədii film) – aktrisa (Sədaqət)
Əlavə iz (1981, tammetrajlı bədii film) – aktrisa (Leyla)
İmtahan (1987, tammetrajlı bədii film) – aktrisa (Dilarə)
Sən həmişə mənimləsən (1987, tammetrajlı film-tamaşa) – aktrisa (Nəzakət)
Qurbanəli bəy (II) (1989, animasiya filmi) – filmi səsləndirən
Sahilsiz gecə (1989, tammetrajlı bədii film) – aktrisa (Dürdanə)
Təxribat (1989, tammetrajlı bədii film) – aktrisa (Aida)
Qətl günü (1990, tammetrajlı bədii film) – aktrisa (Sədi Əfəndinin arvadı)
Hökm (1994, tammetrajlı bədii film) – aktrisa (Suğra)
Ər və arvad (????, tammetrajlı film-tamaşa) – aktrisa (ana, hakim)
Allah rәhmәt elәsin
Ilham Rəsulzadə
Hiç yorum yok:
Yorum Gönder