Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda doğulub. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaqalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb:
Varri ("Antoni və Kleopatra", V.Şekspir),
Reynaldo ("Hamlet", V.Şekspir),
Təlxək ("Heç nədən hay-küy", V.Şekspir),
Birinci aktyor (Kral) ("Hamlet", V.Şekspir),
Hersoq Kornuel ("Kral Lir", V.Şekspir),
Eyiden ("Orlean qızı", F.Şiller),
Kürd Musa, Zülfüqar və İbrahim xan ("Vaqif", S.Vurğun),
Özdəmir ("Od gəlini", C.Cabbarlı),
Gülverdi ("Almaz", C.Cabbarlı),
Məşədi ("Küləklər", S.Rəşman),
Qatil ("Şöhrət və ya unudulmuş adam"),
Naib ("Xəyyam"),
Xaxan ("İblis"),
Kinto ("Knyaz", H.Cavid),
Kimbel ("Üç quruşluq opera", B.Brext),
Agah ("Qanlı Nigar", S.Şendil),
Ziyad və Əmir ("Yayda qartopu oyunu", V.Səmədoğlu),
İkinci kişi ("Hara gedir bu dünya"),
Gözətçi ("Fəryad"),
Çin zabiti ("Özümüzü kəsən qılınc"),
İbn Süheyl ("Dar ağacı"),
Gülağa ("Rəqabət", B.Vahabzadə),
Mirzə Hüseyn xan ("Şeyx Xiyabani", İ.Əfəndiyev),
Lisanoviç ("Hökmdar və qızı", İ.Əfəndiyev),
Polyaniçko ("Ah, Paris… Paris!..", Elçin),
Professor ("Poçt şöbəsində xəyal", Elçin),
Şarmankaçalan ("Brüsseldən məktudlar", Mir Cəlal),
Qiyas ("Dirilən adam", Mir Cəlal),
Canişin ("Xurşidbanu Natəvan", İ.Əfəndiyev),
Müəllim ("Ölülər", C.Məmmədquluzadə),
Məşədi Səftər ("Mesenat", Ə.Əmirli),
Cümşüd xan ("Eloğlu", A.Şaiq) və s.
Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Bunlardan:
S.Qədirzadənin "Ürək rahatlıq sevmir" (Müdir),
S.Dağlının "Sabiqlər" (Müdir),
"Adı sənin, dadı mənim" (Nəzarətçi),
S.Rəhmanın "Şirin bülbül" (Sərnişin),
İ.Əfəndiyevin "General" (Zabit),
M.F.Axundovun "Hacı Qara" (Xəlil Yüzbaşı)
Pyeslərinin tamaşalarını göstərmək olar.
Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib.
Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür.
Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.
Filmoqrafiya
Ad günü (film, 1977)(tammetrajlı bədii film)-filmi səsləndirən: qəssab
Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası)(Aztv)
Ağ atlar üçün vals (film, 1987) (tammetrajlı televiziya tamaşası)(Aztv)
Arxadan vurulan zərbə (film, 1977)
Atası yandı (film, 1986)
Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: komsomolçu
Babək (film, 1979)
Bayquş gələndə (film, 1978)
Bir anın həqiqəti (film, 2003)
Birisigün, gecəyarısı... (film, 1981)
Bizim qəribə taleyimiz (film, 2005)
Canavar balası (film, 1997)
Dantenin yubileyi (film, 1978)
Dəli Kür (film, 1969)
Əla kəsici (film, 1975)
Evləri köndələn yar (film, 1982)
Gənclik macərası (film)(tammetrajlı televiziya tamaşası)(AzTv)
Gözlə məni (film, 1980)
Gülüş sanatoriyası (film, 1989)
Hami (film, 1981)
İşgüzar adamlar (film, 1977)
İstintaq (film, 1979)
İyirmialtılar (film, 1966)
Kişilər (film, 1984)
Qara gölün cəngavərləri (film, 1984)
Qatır Məmməd (film, 1974)
Qayınana (film, 1978)
Qeybdən gələn səs (film, 2002)
Qorxma, mən səninləyəm (film, 1981)
Lal (film, 1992)
Min birinci söz (film, 1997)
Nəsimi (film, 1973)
Ömrün ilk saatı (film, 1973)
Ömrün səhifələri (film, 1974)
Ömrün yolları (film, 1982)
Onun bəlalı sevgisi (film, 1980)
Sabiqlər (film, 1999)
Sabiqlərin yeni sərgüzəştləri (film, 2000)
Sarıköynəklə Valehin Nağılı (film)
Şir evdən getdi (film, 1977)
Şirin bülbül (film, 2000)
Telefon macəraları (film, 1990)
Yeni həyat (2005)
Yurd yeri (film, 1994)
Yurd yeri (film, 1997)
Allah rəhmət eləsin.
Hiç yorum yok:
Yorum Gönder