Ağasadıq Ağaəli oğlu Gəraybəyli Şamaxıda anadan olub. Şamaxı zəlzələsindən sonra Bakıya köçüblər. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskinin rəhbərlik etdiyi həvəskar dram dərnəyində (1910-1912), sonralar isə “Nicat”, “Səfa” cəmiyyətlərinin, Zülfüqar və Üzeyir Hacıbəyovların teatr truppalarında çıxış edib. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Bakı Azad Tənqid Təbliğ Teatrının (1921-1933), 1932-ci ildən Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub. Xalq artisti (1940) Ağasadıq Gəraybəyli Bakıda vəfat edib.
Filmoqrafiya:
Qız qalası (1924, tammetrajlı bədii film) – aktyor (həkim)
Hacı Qara (1928, tammetrajlı bədii film) – aktyor (Əsgər bəy)
Sevil (1929, tammetrajlı bədii film) – aktyor (Balaş)
Dəcəl dəstə (1937, tammetrajlı bədii film) – aktyor (ata)
Bakılılar (1938, tammetrajlı bədii film) – filmi səsləndirən
Fətəli xan (1947, tammetrajlı bədii film) – aktyor (Sərdarın elçisi)
Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – aktyor (Ağabala Hüseynov)
O olmasın, bu olsun (1956, tammetrajlı bədii film) – aktyor (Rüstəm bəy)
Qızmar günəş altında (1957, tammetrajlı bədii film) – aktyor (Niyaz Sərdarov)
Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – filmi səsləndirən (alman zabiti)
Bizim küçə (1961, tammetrajlı bədii film) – filmi səsləndirən (Kurts-Dmitri Orlov)
Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – aktyor (İbn Xalid)
Böyük dayaq (1962, tammetrajlı bədii film) – filmi səsləndirən (Kələntər-Ağa Məmmədov)
Əhməd haradadır? (1963, tammetrajlı bədii film) – filmi səsləndirən (komendant)
Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – filmi səsləndirən (Yunis Quliyev-Adil İsgəndərov)
Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – filmi səsləndirən (qoçu)
İyirmialtılar (1966, tammetrajlı bədii film) – filmi səsləndirən (ingilis zabit)
Sən niyə susursan? (1966, tammetrajlı bədii film) – filmi səsləndirən (1-ci avtomobil müfəttişi-Mirzə Babayev)
Yaşamaq gözəldir, qardaşım (1966, tammetrajlı bədii film) – aktyor (Şükrü bəy)
Poçt qutusu (II) (1967, qısametrajlı bədii film) – aktyor (xan)
Ulduzlar sönmür (1971, tammetrajlı bədii film) – aktyor (jandarm)
Qızıl qaz (1972, tammetrajlı bədii film) – filmi səsləndirən (Yakob Mitroşin-İvan Rıjov)
Bizim küçənin oğlanları (1973, tammetrajlı bədii film) – aktyor (Rüstəm kişi)
Mən mahnı qoşuram (1978, tammetrajlı bədii film) – aktyor (Abdulla)
Diplom işi (1979, qısametrajlı bədii film) – aktyor (kənd sovetinin sədri)
İstintaq (1979, tammetrajlı bədii film) – aktyor (Almazovun əmisi)
Sarıköynəklə Valehin nağılı (1980, tammetrajlı film-tamaşa) – aktyor (professor)
Musiqi müəllimi (1983, tammetrajlı bədii film) – aktyor (hamamçı)
Hiç yorum yok:
Yorum Gönder