Binəqədi rayonu, Çiçək qəsəbəsi, Hökuməli ərazisində suyun olmaması və su xəttinin çatışmazlığı ilə bağlı problem yaşanır.
Bakmiltv.info milli.az-a istinadən xəbər verir ki, özünü "Azərsu" işçisi kimi təqdim edən Vüsal Məmmədov adlı şəxs sakinlərdən pul yığır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözçüsü Ceyhun Musaoğlu qeyd edib ki, sakinlərin su təchizatı ilə bağlı vəziyyət araşdırılacaq və lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, sakinlərdən qanunsuz pul yığılması ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hiç yorum yok:
Yorum Gönder