Türk azarkeşlər Avropa Liqasının oyununa buraxılmayacaq



Avropa Liqasının 8-ci turunda keçiriləcək "Tvente" - "Beşiktaş" matçına İstanbul klubunun azarkeşləri buraxılmayacaq.

 

Bakmiltv.info Qol.az-a istinadən xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb. Ölkə polisi sözügedən matçı "yüksək risk" tədbir kimi qiymətləndirir.

Bu səbəbdən Enshede şəhərinin bələdiyyəsi İstanbul klubunun azarkeşlərinin stadiona buraxılmasına qadağa qoyub. Bələdiyyənin verdiyi açıqlamada “qara qartallar”ın azarkeşlərinin sözügedən şəhərdə sərbəst səyahət etmələrinin riskli olduğu vurğulanıb.

Qeyd edək ki, sözügedən oyun yanvarın 30-u Enshede şəhərində, "De Grolsch Veste" stadionunda keçiriləcək.

Xatırladaq ki, Avropa Liqasının 3-cü turunda keçirilən "Lion" - "Beşiktaş" matçında da (0:1) İstanbul təmsilçisinin azarkeşlərinə səfər qadağası qoyulmuşdu.

Hiç yorum yok:

Yorum Gönder

Pages