Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Masallı rayon şöbəsinin sədri Şahabbas Sərdar oğlu Qəhramanovun yubileyidir. Dekabr ayının 24-də onun 70 yaşı tamam olur.
Mayor Qəhrəmanov Şahabbas Sərdar oğlu 1954-cü ilin dekabr ayının 24-də Masallı rayonun Hişkədərə kəndində zəhmətkeş aidə anadan olub .
O,1971 — ci ildə Masallı rayonun Hişkədərə kənd orta məktəbini, 1979-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin Vilnyus şəhərində yerləşən Xüsusi təyinatlı hüqüq məktəbini bitirib.
İstefada olan mayor Şahabbas Sərdar oğlu Qəhramanov 1973 -1975-ci illərrdə, Sovet Ordusunun Almaniyada yerləşən hərbi hissələrində müddətli həqiqi hərbi xidmətdə olub. 1975 — 1978-ci illərdə Neft Daşlarında müvafiq, 1981 — 1990-ci illərdə isə SSRİ Daxili İşlər Nazirliyinin Komi Vilayətində yerləşən İslah-Əmək Müəssisələrində müxtəlif vəzifələrdə işləyib. 1991 — 2000-ci illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində (Beylaqan, Ağcabədi rayonlarında) və Lənkaran rayonda yerləşən hərbi hissələrində taborun qərargah rəisi və tabor komandiri vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə ,əmir sərancam və tapşırıq -ların öhtəsindən məsuliyyət və şərəf hissi ilə gəlmişdir. mayor Şahabbas Qəhramanov 1997- ci ildən Azərbaycan Müharibə Veterandır, 2022- ci illin may ayınan etibarən isə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB- in) Masalı rayon şöbəsinin sədridir. Sahabbas Sərdar oğlu, Azərbaycan Ordusunda və Daxli İşlər orqanlarında xidmət etdiyi illər ərzində, öz tabeliyndə olanlara Azərbaycan Respubilkasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yernə yetirilməsi işində daimi nümünə olmüşdur.
Hərbi və Daxili xidməti borcu yerinə yetirərkən göstərdiyi igidlik və rəşadətə,əla döyüş hazırlığı göstəricilərinə görə SSRİ Daxili İşlər Nazirinin və onun müavinlərinin, Azərbaycan Respublikasının Müdafiə Nazirinin onun müavinlərinin, xidmət etdiyi Korpusun və hərbi hissə komandirlərininmüvafiq əmirləri ilə bir sıra medalarla, döş, yubiley nişanları ilə təltif olunub, fərmanla qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Şahabbas Sərdar oğlu Qəhrəmanovu 70 illik yubileyi münasibəti ilə Fəxri Fərmanla təltif etmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin (AVMVİB) rəhbərliyi Şahabbas Sərdar oğlu Qəhrəmanovu 70 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayır.
Hiç yorum yok:
Yorum Gönder