Təbrik:Tibb xidməti polkovnik leytenantı Rəşad Abdulayev -58



    

Yüksək peşəkarlığı ,humanistliyi, işgüzar lığı, səmərəli fəaliyyəti, iradı, mənəvi keyfiyyətlri, şəxsi intizamı, kollektiv arasında nüfuzu, dəqiqliyi, təmkinliyi , sadəliyi və səmimiy yəti ilə   seçilən, istefada olan tibb xidməti polkovnik leytenatı Abdullayev  Rəşad İdris oğlunun dekabr ayının 29-da  dünyağğya göz acdığı gün dür. 

   

Daimi həyatın  cətinliklərindən  alın ıaçıq və üzüağ çıxan -istefada olan tibb xidməti polkovnik leytenantı Abdullayev  Rəşad İdris oğlnu doğum günü münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,iş yoldaşları, doğmaları, əzizləri, səmimi qəlbdən təbrik edir, Rəşad  həkimə həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən naliyətlər arzu edib deyirlər, Rəşad  həkim qoy

  yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

     

Tibb xidməti polkovnik -leytenantı  Abdullayev Rəşad İdris  oğlu   29 dekabr  1966 - cı ildə Quba rayonun Amsar kəndində zəhmətkeş bir ailədə anadan olub.


1983-cü ildə Qusar  rayonunda tam orta məktəbi (əla qiymətlə), 1989-cu ildə  Azərbaycan Dövlət Tibb İnstitutunu  bitirib, Rəşad  həkim Daxili İşlər Nazırliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir necə dəfə həkimlərin təkmilləşmə institutunda müvafiq kurslarda, Daxili Qoşunların Baş İdarəsində isə   bir çox metodiki- təlim metodiki toplanışlarda, taktiki-xüsusi  təlimlərdə, seminar və konfranslar fəai iştirak edib. 

  

 Rəşad  Abdullayev 1989- 1998-ci ilərdə Səhiyyə Nazirliyinin Quba və Qusar rayonlarında yerləşən  dövlət xəstəxanalarında  cərrah  həkim  vəzifələrində  işləyib.

    

1999-2017-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin Tibb xidmə tinin hərbi- həkim komissiyasında həkim-cərrah və hərbi həkim komissiyasının rəisi  vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.


Rəşad Abdullayev 2017 -ci ildə Daxili Qoşunlardan

Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan  sonra bir müddət Müdafiə Nazirliyinin Mərkəzi hərbi  həkim  komissiyasında calışıb.Hal hazırda Müdafiə Nazirliyinin Mərkəzi Polik linikasında işləyir.

     

Tibb Xidməti polkovnik leytenantı Rəşad Abdullayev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının zabit və həkim kollektivlərində qayğıkeş həkim  və fədakar zabit kimi tanınmış dır.Urəkaçan xidməti fəaliyyəti ilə şəxsi heyətin dərin rəğbətini qazanmışdır.


1999 -2017-ci ilərdə Daxili Qoşunlarda xidmətini şərəflə  yerinə yetirən tibb xidməti polkovnik- leytenantı Rəşad Abdullayev mütəxəsis həkim kimi öz işində yüksək tələbkarlıqla və vicdanla çalışmışdır.

    

O,qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizlyin qorunmasnda,   silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar,yanğınlar,bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqəladə hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində, şəhərdə, yaşayışmən təqələrində və cəzaçək mə müəssisələrində kütləvi iötişaşların qarşısının alınmasın da,Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən  döyüşlərdə tibb xidməti üzrə   üzərinə düşən  vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

  

Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və  daxili qoşunların döyüş xidməti nizamnamələrin tələbələrinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Hippokrat andı içən Rəşad həkim, Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir, hər bir hərbı quluqçunun  isə sağlamlığnın keşiyində  əzimlə dayanmış dır.

     

 R.Abdullayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. Rəşad həkim işlədiyi və oxuduğu   təhsil müəs sisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

     

Tibb xidməti polkovnik- leytenantı  Rəşad Abdullayev  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü səxavətli, əliaçıq və zəhmətkeş zabit (həkim) kimi göstərmişdir. O, anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, qohum-əqraba  arasında, istərsədə işlədiyi və xidmət etdiyi kollektivlərdə özünə layiq hörmət qazanmışdır.

     

Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir  Rəşad həkim sağlamlıq bəxş etdiyi insanların yaddaşında və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.

     

Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və xidmət  keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Müdafiə Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, MN-nin Baş Tibb İdarə rəisinin və onun  müavinlərinin müvafiq əmirləri ilə  əlacı və

və yubiley döş nisanları ilə ilə təltif edilib,bir çox  fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:


1.”Qüsursuz xidmətə görə” 1-cü dərəcəli medal-Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;


2.”Qüsursuz xidmətə görə” 2 - ci dəcəçəli medal- Silahlı Qüvvələrdə  15 təqvim  ili xidmətə görə;


3.”Qüsuesuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvə lərdə  10 təqvim ili xidmətə görə;


4.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;


5.”Azərbacan Respu blikası  Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;


6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95-illiyi (1918-2003)” yubiley medalı ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  RƏŞAD  HƏKİM !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN!


Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Mühari bə Veteranı  polkovnik Salman Musaye

Hiç yorum yok:

Yorum Gönder

Pages