Təbrik:Tib Tibb Üzrə Fəlsəfə Doktoru,Ümumi Cərrah həkim- Mayor Ayaz Məmmədov-48



İnsan ücün yada qalan tarixlərdən biri onun doğum günüdür Belə insanlardan biridə, yüksək həkim peşəkarlığı, dərin zəkası, humanistli yi,dəqiqliyi, təmkinliyi vətənpərvərliy,sadəliy ,səmimiyyəti, işgüzarlığı  və  insanpərvərliyi  ilə seçilən, ömrünün ən məhsuldar  dövrünü  hərbı xidmət də və tibb müəsələrində hərbi və mülkü həkim kimi keçirən, hal-hazırda Sabuncu  rayonunun ərazisində  yerləşən Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında   Baş  həkım vəzifəsində  calışan,tibb üzrə fəlsəfə doktoru, ümüm cərrah və  peşəkar həkim -   ehtiyatda olan  tibb xidməti mayoru Məmmədov Ayaz Müzəffər  oğlunun  dekabr ayının  24-də   48 yaşı tamam olub.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında və Xüsusi Dövlət Mühafizə Xidmətində tibb xidməti sahəsində özünə məxsus yeri olan, vətənsevər daimi həyatın    bütün   snaq larından   ləyaqətlə  və üzüağ çıxan-    ehtiyatda olan tibb xidməti  mayoru Ayaz Məmmədovun dekabr ayının  24-də  anadan olması günü münasibətilə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,həkim yoldaşları, doğmaları, əzizləri və iş yoldaşları     səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan  möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətl ər arzu edib deyirlər, Ayaz həkimin yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə  sizi istəklərinə qovuşdura raq dahada xoşbəxt etsin.

 Vətənə, Xalqa şərəflə xidmət etmiş sadə və təvazükar insan, xeyirxah, qayğıkeş, zəngin mənəviyyat sahibi olan tibb xidməti mayoru Ayaz  Müzəffər oğlu Məmmədov 1976-ci ilin   dekabr ayının 24-də  Bakı şəhərində zəhmətkeş bir ailədə  anadan olub. O, əslən Tovuz rayonundandır.

Ayaz həkim,  1993-ci ildə   Bakı şəhərində  orta məktəbi,  1998  ci ildə isə   Azərbaycan Dövlət Tibb Univer sitetini   bitrib. О, Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında  xidmət etdiyi illər ərzində   Daxili Qoşunların Baş İdarəsində və hərbi  hissələrində  kecirlən bir çox metodiki-təlim toplanışlarda, seminar və konfranslarda  fəal iştirak edib.  mayor  Ayaz  həkim Ölkəmizdə  və bir çox Xarici Ölkələrdə  dəfələrlə   həkimlərin təkmilləş mə institunda və ixtisasartırma  kurslarında olub.

Ayaz  həkim 1998 – 2012-ci illərdə DİN-in Daxili Qoşunların   Baş İdarəsinin Qaradağ  və Nərmanov rayonlar ında  yerləşən hərbi hissələrin (hərbi hospitalın) cərrahiyyə şöbəsində baş ordinator,   2013 – 2014 cü illərdə isə Xüsusi Dövlət Mühafizə Xidmətində müxtəlif hərbi həkim vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət edib.

Ayaz həkim, Xüsusi Mühafizə Dövlət Xidmətindən  Silahlı Qüvvələrə ehtiyata buraxılandan sonra öz ixtisası üzrə  Bakı şəhəri Sabuncu rayonunun ərazisində yerləşən  plastik   və rekonstruktiv cərrah iyyə klinkasının baş həkimi vəzfəsində  işləyir.

Ayaz Məmmədov  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın, hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələbləri nin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.

Hərbi və həkim yoldaşları  Ayaz həkimi vətənpərvər, xeyirxah, qorxmaz, səxavətli, əliacıq insanpərvər və zəhmətkeş həkim  kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və işlədiyi  mühitdə, istərsə də  dost - tanış , qohum - əqraba,  qonşu, ünisiyyətdə olduğu   həmkarları  və  üzvü olduğu böyük ailənin arasında özünə böyük hörmət qazanıb.

Yüksək insani keyfiyyətləri ilə  və kamil həkimlik peşəsinə qadir    Ayaz   həkim  sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində  yaşayacaq.

Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiy yətləri göstərdiyinə, döyüş,ictimai siyasi  və ixtisas hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və  bir peşəkər  həkim kimi, nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlər inin, Xüsusi Dövlət Mühafizə Xidmət rəisinin və hərbi hissə komandirinin (hərbi hospital rəisinin)  müvafiq əmrləri ilə  əla xidmətlərə görə əlavə və yubiley  döş nişanları ilə təltif olunub,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif olunub:

1.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə;

2.”Azərbaycan  Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;

3.”Qüsursuz xidmətə görə”  3 -cü dərəcəli medal-Silahlı Qüvvə lərdə   10   təqvim    ili xidmətə görə. 

AYAZ  HƏKİM  YENİ  YAŞIN    MÜBARƏK OLSUN !

ALLAH HƏR   ZAMAN QƏLBİNİ SIXINTI DAN, BƏDBİNLİK DƏN QORUSUN!

 BÜTÜN ARZULARIN ÇİN OLSUN!

 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN! 

Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə    Veteranı  polkovnik Salman     Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages