Təbrik:Rasim Paşayev -55




İnsan üçün ən yaddaqalan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi  qeyd olunur. Belə insanlardan  biridə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Cabrayıl  rayon şöbəsinin sədri Paşayev Rasim Paşa oğludur.Dekabr  ayının  6 – da onun dünyaya göz acdığı gündür.

 Daimi həyatın  imtahanlarından alnıacıq və üzüağ çıxan,   Azərbaycan Respublikasının Müharibə Veteranı Paşayev Rasim Paşa oğlunu   doğum günü münasibətilə   Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xocalı rayon şöbəsinin idarə heyəti, Bakmiltv info-nun kollektivi səmimi qəlbdən təbrik edir,səbəbkara, həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Rasim qoy yaşının üstə gələn bu yaş da sizə, sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

  Paşayev Rasim Paşa oğlu  1969 -   cu ilin  dekabr ayının 6- da Azərbaycan Respublikasının Cabrayıl  rayonunun  Kavdar  kəndində zəhmətkeş bir ailədə anadan olub. 1988-cu  ildə Cabrayıl  rayonunun  Kavdar kənd orta məktəbini bitrib.

1988 – 1990- cı   illərdə  Sovet Ordusunda  müddətli həqiqi hərbi xidmətdə olub. 

1991-1994-cü illərdə könülü olaraq Azərbaycan Ordusunun  döyüş bölgələrində yerləşən hərbi hissələrin birində  hərbi xidmətdə olduğu illər ərzində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir .

 Rasim  Paşa oğlu Paşayev 2019-  cu ildən  etibarən,  Azərbaycan Vətən Müharibəsi Veteranları  İctimai Birliyinin Cabrayıl rayon şöbəsinin sədridir.

 1991- 1994 - cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  fəal iştirak edib. 44 günlük Vətən müharibəsində  Rasim Paşayev  hərbi qulluqçularmızın yanında olaraq, onlara həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir. 

Öz xidməti və ictimai  vəzifələrin  yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Azərbaycan  Ordusunun Baş Qərargah rəisinin, korpus və hərbı hissə komandirlərlərinin,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədrinin müvafiq əmrləri  ilə  döş nişanları, fəxri fərmanlarla, qiymətli hediyələrlə mükafatlandırlıb,ona   təşəkkür elan edilib  və aşağıdakı medalarla təltif edilib:

1.«Böyük Zəfər » medalı ilə;

2. “ Milli  Ordunun yaranmasının 100 illiyi (1918 — 2018)” yubiley medalı ilə;

3.“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaranmasının 25 illiyi (1994- 2019)”  yubiley medalı ilə;

4.“Müharibə Veteranı” medalı  ilə;

    DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RASİM!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN.


Hiç yorum yok:

Yorum Gönder

Pages