Daxili İşlər Nazirliyi (DİN-in) Daxil Qoşunlarınında müxtəlif vəzifələrdə xidmət etmiş -istefada olan polkovnik- leytenant Xəqani Qədimovun yanvar ayının 3-də 59 yaşı tamam olur.
Belə bir əlamətdar gün münasibətilə DİN-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri və onun doğmaları istefada olan polkovnik- leytenant Qədimov Xəqani Qədim oğlunu səmimi qəlbdən təbrik edir, səbəbka ra həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Xaqani qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu günlər bəxş etsin və hər yeni günüz isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı polkovnik- leytenat Xəqani Qədim oğlu Qədimov 3 yanvar 1966-cı ildə Tərtər rayonunun Təzəkənd kəndində zəhmətkeş bir ailədə anadan olub.
1983-cü ildə Tərtər rayonunun Təzə kənd orta məktəbini,1989-cu ildə Ukrayna Respublikasının Donestsk şəhərində Bədən tərbiyəsi və İdman Texnikomunu, 1999-cu illdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi (zabitlərin ixtisas artırma kursunu) bitirib. Xəqani Qədimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Xarici ölkələr də və Daxili Qosunların Baş idarəsində keçirilən müvafiq kurslarda, eləcə də hərbi təcrübə mübadiləsi əldə etmək üçün xariçi ölkələrdə işgüzar səfərdə olub, Daxili Qoşunların Bas İdarəsində keçirilən bir çox metodiki- təlm toplanışlarda seminar və konfranslar fəai iştirak edib.
Xaqani Qədimov 1984-1986-cı illərdə Sovet ordusunda müddətli həqqi hərbi xidmətdə olub . 1989- 1992-ci illərdə Orta məktəbdə müəllim işləyib,1993- 2020- ci illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş idarəsinin hərbi hisələrində xüsusi təyinatlı dəstədə əlbəyaxa döyüş üzrə təlimatçı, xüsusi təyinatlı dəstədə qrup komandiri, mühənis və kimya xidmət rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə mühəndis və kimya xidmətlərində baş zabit vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Xaqani Qədimov peşəkarlığı, humanistliyi, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə kecirib.
Xəqani Qədimov Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamilərinin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
X.Qədimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Polkovnik -leytenant Xaqani Qədimov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirilməsində şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələri nin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla ximələrə görə » əlacı, yubiley və müvafiq idman dərəcələri döş nişanları ilə təltif olunub,pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqləndiyinə , xidmətdə şücaət və fədakarlıq x göstərdiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Respublikasının Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medal ilə;
3. “SRRİ Silahlı Qüvvələrininin 70-iliyi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin” isə10-illiyi, 90-illiyi, 95-iliyi və 100 illiyi yubiley medaları ılə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN , XAQANİ!
GÜNƏŞ QƏDƏR İSTİ…QAR DƏNƏSİ QƏDƏR SAF VƏ TƏMİZ BİR DİLƏYİLƏ…
AD GÜNÜN MÜBARƏK OLSUN…
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder