Yüksək peşəkarlığı, humanistliyi, dərin zəkası, zəngin iş təcrübəsi, səmərəli fəaliyyəti,dəqiqliyi, təmkinliyi, iradi, xeyirxahlığı, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, təvazörkarlığı, işgüzarlığı və mənəvi-keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 18 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş ,Azərbaycan Respublikasının müharibə veteranı -istefada olan polkovnik-leytenant Hüseynov Rəşid Mustafa oğlunun dekabr ayının 16 -da dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün sınaqlarından alnıaçıq və üzüağ çıxan Rəşid Hüseynovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Rəşid müəllim qoy yaşının üstə gələn bu yaşda, sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Rəşid Hüseynov 16 dekabr 1961-ci ildə Gürcüstanın Borcalı mahalının Lüksemburq (indiki Bolnis) rayonunun Faxralı kəndində ziyalı ailədə andan olub.
Kəndin “Amaşlı” nəslindəndir. Atası – Hüseynov Mustafa Rəhim oğlu uzun müddət Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyi sistemində peşəkar polis zabiti kimi işləyib və təqaüdə çıxıb,04.05.2000-ci ildə vəfat edib.
Anası – Hüseynova (Babaşova) Əsli Əhmədalı qızı evdar qadın olub, 12.12.2013-cü ildə vəfat edib. 2 qardaşı (Rəhim, Cümşüd), 1 bacısı (Elmira) var. Evlidir, 1 oglu (Cavanşir), 3 qızı (Pərvanə, Aynur, Əfsanə) var.
Əhatəsində olan insanların, həmkarlarının rəğbətini qazanan Rəşid Hüseynov 1979-cü ildə Bolnisi rayonunun Faxralı kənd orta məktəbini, 1984-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetin) tətbiqi-riyaziyyat fakultəsini bitirib.
1984-1991-ci illərdə Neft-Kimya Avtomat Elmi Tədqiqat İnstitutunda aparıcı mühəndis vəzifəsində işləyib və həmin İnstitutun Aspiranturasına daxil olaraq “Qeyri-hamar optimal idarəetmə məsələləri” üzrə elmi işlə məşğul olub.
Nəcib davranışa və yüksək mədəniyyətə malik olan Rəşid Hüseynov 1992-2010- cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi və Hacıqabul rayonunlarda yerləşən hərbi hissələrində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) xidmətinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin AİS xidmətində proqramçı-mühəndis, Daxili Qoşunların Baş İdarəsinin AİS xidmətinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
İşgüzar, calışqan, işunə qətiyyətli mübariz keyfiyyəti olan Rəşid Hüseynov Daxili Qoşunların Baş İdarəsindən Silahllı Qüvəllərə ehtiyata buraxldıqdan sonra 2010-cu ildən etibarən dövlət qurumlarında biznes lahiyələrini həyata keçirən Cybernet MMC-də işləyir.
Bu gün əsl vətəndaşlıq mövqeyi ilə secilən Rəşid Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, səriştəli, şəxsi intizamı ilə isə başqalarına nümunə olan baş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssələrində istərsə də xidmət etdiyi və işlədiyi mühütdə, qohum- əqraba, dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
Rəşid Hüseynov müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunıarın döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümünə olmuşdur.
R. Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində AİS xidməti üzrə peşəkar zabitlərin, gizır və müddətdən artıq xidmət edən hərbi qulluqçuların hazırlanmasında, eləcə də Daxili Qoşunların Bas İdarəsinin AİS xidmətinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində xüsusi əməyi olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda ( Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.
Polkovnik-leytenant Rəşid Hüseynov hərbı vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında və hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə, əlacl və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Oz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal – ilə Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.“Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001)“ yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008) yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, RƏŞİD MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN, BÜTÜN ARZULARIN ÇİN OLSUN, HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN, DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder