Yüksək peşəkarlığı, humanistliyi, xeyirxah lığı işgüzarlığı, iradi,
mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi , sadəliyi, səmimiyyəti və səmərəli fəaliyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətə həsr etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik - leytenat Əliyev Qardaşəli Balaxan oğlunun yanvar ayının 2 -də dünyaya göz acdığı gündür.
Daimi həyatın imt ahanlarından alını açıq və üzüağ çıxan polkovnik- leytenant Qardaşəli Əliyevi doğum günü münasbətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ebtiyatda və istefada olan zabitləri, əzizləri, iş və döyüş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadatı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər,Qardaşəli qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu günlər bəxş etsin,hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik-leytenat Əliyev Qardaşəli Balaxan oğlu 2 yanvar 1962-ci ildə Lənkaran şəhində zəhmətkeş bir ailədə anadan olub.
1979-cu ildə Lənkəran şəhər orta məktəbi, 1989-cu ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Saratov Ali hərbi məktəbini, bitrib.
Qardaşəli Əliyev Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycanda , Xarici ölkələrdə müvafiq ixtisasartrma kurslarda olub. O, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrdə keçirlən bir cox metodiki- təlim toplanışlarda, hərbi taktiki-xüsisi təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1980-1982-ci illərdə SSRİ Din-in Daxili Qoşunlarda müddətli həqiqi hərbi xidmətdə olub,1983-1989 -cu illərdə SSRİ Daxili İşlər nazirliyi Daxili Qoşunların hərbi hissələrində və Saratov Ali hərbi məktəbində qarovul rəisi, taqım komandiri və müdavim vəzifələrində olub.
Qardaşəli Əliyev 1989 - 1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında taqim və bölük komandiri,1992-2005 -ci illərdə isə Müstəqil Respublikamızın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hacıqabul və Quba rayonlarında, Lənkaran,Sumqayıt və Gəncə şəhərində yerləşən hərbi hissələrdə bölük komandiri, qərargah rəisinin müavini, tabor komandiri, hərbi hissə komandirinin birinci müavini- qərargah rəisi vəzifələrində Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Qardaşəli Əliyev DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədi yi və oxuduğu təhsil müəssisələrində, yaşa dığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidmət nizamələrinin, eləcə də digər hüquqi- normativ aktların tələblərinə, vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə
ruhlandırmışdır.
Q. Əliyev Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, islah - əmək müəsələrin, inzibatı binaların, hərbi obyektlərin və hərbi təchizat anbarların mühafizə olunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,fövqalədə hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr və təbii fəlakətıər zamanı üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik- leytenat Qardaşəli Balaxan oğlu Əliyev Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respub likasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona həvalə vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
O, Daxili Qoşunlar da xidmət etdiyi illər ərzində peşəkar zabit lərin, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların ,kiçik komandir heyətinin və kiçik mütəxəssislərin yetişməsində, eləcə də onların komandir, döyüş və ictimai sıyası hazırlığında xüsusi əməyi olmuşdur. O,təqaüdə çıxdıqdan sonra da hərbi quluqcuların hərbi vətənpərvərlik tərbiyə sində və peşəkarlığının artırılmasında öz bilik və baçarığnı onlardan əsirgəmir.
Qardaşəli Əliyev Din-in Daxili Qoşunlarda müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində kompleks, məqsədli, qrupların, təftiş, yekun, nəzarət, ümümü yoxlama ( təhfil-təslim, mandat və buraxılış imtahan) komissiyaların üzvü və sədri olduğu müddətdə üzərinə düşən vəzifələ və tapşırıqları layiqincə yerinə yetirmişdir.
Azərb Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı istefada olan polkovnik leytenat Qardaşəli Əliyevi tanyanlar onun nədərəcədə tələbkar insan olduğunu çox yaxşı bilirlər.
Qardaşəli Əliyevin qiymətli cəhətlərindən biridə onun sadə, təvazökar,qeyrətli vətənpərvər olmasıdır. Böyüklə-böyük, kicik lə-kiçik,sözü ilə əməli düz gələn bir gözəl insan,Azərbaycanmızın bu günu, sabah ilə bağlı daimi düşünür, ölkəmizi daimi qüdrətli,güclü və firavan görmək istəyir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə "Əla xidmətlərə görə" əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqləndiyinə, xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRI Alı Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı" medalı ilə;
2. "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə ;
3."SSRİ Silahlı Qüvvələrinin 70-iliyi yubiley medalı ilə;
4.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 -illiyi yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.QARDAŞƏLİ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder