Yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi,nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi,işgüzarlığı, iradı və mənəvi keyfiyyətilə ilə, seçilən ömrünün ən məhsuldar dövrünün 26 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə və daxili işlər orqanlarında kecirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı -istefada olan polkovnik leytenant Məmmədov Nürəddin Mustafa oğlunun dekabr ayının 17-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün sınaqlarından alnıaçıq və üzüağ çıxan- polkovnik- leytenant Nürəddun Məmmədovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri və iş yoldaşlarl səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda, insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib – tükənməyən naliyyətlər
arzu edib deyirlər, Nurəddin müəllim qoy yaşının üstə gələn bu yaşda, sizə sevincdolu illər bəxş etsin, hər yeni ilin isə sizi stəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
İşgüzar, çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli, dostlara, yaxınlara isti münasibətdə olan Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı, istefada olan polkovnik- leytenant Nürəddin Məmmədov 1950-cı ilin dekabr ayının 17-də Qubadlı rayonun Hal kəndində zəhmətkeş bir ailədə anadan olub.
Nürəddin Mustafa oğlu Məmmədov 1967-ci ildə Qubadlı rayonunun Hal kənd orta məktəbi, 1972-ci ildə Azərbaycan Poltexnik İnstitutunu, 1977-ci ildə Leninqrad orta rəis heyəti hazırlayan milis məktəbini, 1990-cı ildə isə Stavrapol hüqüq Universitetini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi ilər ərzində, Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən, komanda – qərargah məşqlərində, təlim- metodiki toplanışlarda, xüsusi-taktiki təlimlərdə, müvaiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan Nürəddin Məmmədov 1972-1974-cü llərdə Sovet ordusunda müddətli həqiqi hərbi xidmətdə olub, 1977- 1991-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Stavrapol şəhər milis idarəsində əməliyyatcı, təhqiqatcı və təhqiqat bölmə rəisinin müavini, 1992-1994-cü illərdə isə Azərbaycan Ordusun hüqüq şöbəsində baş zabit vəzifələrində işləyib.
1995-2002-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hacqabul, Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hissələrində (hərbi hospitalında) hərbi hissə komandirinin tərbiyəvi işləri üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin Şəxsi heyətlə iş şöbəsində baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir .
O, Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqlarının öhtəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı Nürəddin Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.
Bacarıqlı, təşkilatcı və qayğıkeş insan Nürəddin Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. Nürəddin istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı mühitdə, dost-tanış, qohum-əqrəba, qonşu, ünsiyyətdə olduğu həmkarları arasında özünə layiq hörmət qazanmışdır.
Xoş ünsiyyəti və təvazökar ağlı ilə fərqlənən Əhmədəli oğlu Nürəddin Məmmədov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və digər hüquqi- normativ aktların tələblərinin, dəqiq və sözsüz yerinə yetirilməsi işində şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçulara və öz tabeliyində olanlara şəxsi nümünə olmişdur.
Qanunverciliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,yanğınlar,bədbəxt hadisələr,təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik-leytenant Nürəddin Məmmədov hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüs keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin,hərbi hissə komandirlərinin (hərbi hospital rəisinin) müvafıq əmrləri ilə bir sıra medallar ilə (“Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı” medal ilə, Qüsursuz xidmətə görə” 1,2 və 3 -cü dərəcəli medal ilə, ”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 – illiyi 1991-2001 yubiley medalları ilə)”, əla xidmətlərə görə əlacı, yubiley və idman dərəcəsi döş nişanları ilə təltif edilib, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. NÜRƏDDİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasnın Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder