Təqvimdə hər bir insanın özəl, ona aid bir gün olur.Bir növ hər keçən il insan insan məsuliyyətini artırır.Belə insanlardan biridə müharibə veteranı- polkovnik-leytenant Əmrahov Məhəmmədəli Qiyasəddin oğludur. Dekabr ayının 7-də onun dünyaya göz açdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alnıaçıq və üzüağ çıxan Məhəmmədəli Əmrahovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Məhəmmədəli qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Müharibə veteranı - polkovnik leytenant Əmrahov Məhəmmədəli Qiyasəddin oğlu 1966-cı ilin dekabr ayının 7-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunun Siznək kəndində zəhmətkeş bir ailədə anadan olub.
Polkovnik leytenant Məhəmmədəli Qiyasəddin oğlu Əmrahov 1973-cü ildə Qafan rayonunun Siznək kənd orta məktəbinin birinci sinifinə getmiş 1983-cü ildə həmin məktəbi bitirdikdən sonra, 1984-cü ildə SSRİ Müdafiə Nazirliyinin Tallin şəhərində yerləşən Ali İnşaatlar Siyasi Hərbi Məktəbinə daxil olmuş, 1989- cu ildə həmin ali hərbi məktəbi bitirmişdir.Təhsilini başa vurduqdan sonra SSRİ Müdafiə Nazirliyinin İnşaat Qoşunlarının Bakı şəhərində yerləşən hərbi hissələrinin birində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandiri vəzifəsində xidmət etmişdir.
Əmrahov Məhəmmədəli Qiyasəddin oğlu 1992-2007-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Sumqayıt şəhərində, Binəqədi,Nərmanov,Zakatala və Hacıqabul rayonlarınsada yerləşən hərbi hissələrində döyüş hazırlığı bölməsının rəisi, hərbi hissə komandirinin maddi- texniki təminat üzrə müavini, hərbi hissə komandirinin müavini-qərargah rəisi, hərbi hissə komandiri, Daxili Qoşunların Baş İdarəsinin maddi- texniki təminat idarəsində baş zabit, Daxili Qoşunların Baş İdarəsinin Qərargahında isə əməliyyat şöbəsinin baş zabiti və növbətçi xidmətinin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir. O, Daxili Qoşunlarda rəhbər vəzifələrdə xidmət etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, xüsusi taktiki təlimlərdə, qərargah məşqilərində, seminar və konfranslarda fəal iştirak etmişdir.
Polkovnik leytenant Məhəmmədəli Qiyasəddin oğlu Əmrahov Daxili Qoşunlardan Silahlı Quvvələrə ehtiyata buraxldıqdan sonra 2011-2013-cü illərdə Fövqalədə Hallar Nazirliyinin Akademiyasında Komendant xidmətinin rəisi vəzifəsində işləyib, 2014- cü ildən etibarən isə bir müddət FHN-nin Akademiyasında baş müəllim vəzifəsində işləyib.
Peşəkarlığı və humanistliyi ilə seçilən ömrunun ən məhsuldar dövrünün 33 (otuz üc) ildən cox şərəfli xidmət yolunun 7 (yeddi) ilini SSRİ Müdafiə Nazirliyinin ali hərbi məktəbində və hərbi hissəsində , 16 (on altı) ilini Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində , 12 (on iki ) ilini isə Fövqəladə Hallar Nazirliyinin Akademiyasında keçirərək üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Məhəmmədəli Əmrahov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər baş zabit kimi göstərmişdir. O,istər yaşadığı ərazidə, oxuduğu orta və təhsil aldığı hərbi məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektiv, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ( Ağdərə, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib və kontuziya alıb.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış mətəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cınayətkarlığa qarşı mübarizədə, silahlı quruplaşmış dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə folqalıda vəziyyət və komendat saatı zamanı hüquqi rejim tədbirlərin həyata keçirilməsində eləcədə dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Məhəmmədəli Əmrahov SSRİ Müdafiə Nazirliyinin ali hərbi məktəbində və hərbi hissələrində,Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında oxuduğu və xidmət etdiyi, Fövqalədə Hallar Nazirliyinin Akademiyasında işlədiyi illər ərzində xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, peşəkar kadr zabitlərin, kicik mütəxəssislərin hazırlanmasında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə SSRI Müdafiə Nazirinin, Azərbaycan Respublikasının Daxili İşlər və Fövqalədə Hallar Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavininlərnin, təhsil aldıgı və işlədiyi ali hərbi məktəb və akademiya rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə Məhəmmədəli Qiyasəddin oğlu Əmrahov SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından aşağıdakı medallarla təltif edilib:
"Qüsursuz xidmə görə" 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
“Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Azərbaycan Respublikasının Silahll Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
5.”SSRİ Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988)”yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Fövqalədə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.
MƏHƏMMƏDƏLİ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏX YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı Polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder