Təbrik:Polkovnik- leytenat İlqar Məm mədov-57



  

  Peşəkarlığı , humani stliyi, işgüzarlığı, mənəvi keyfiyyətləri, dəqiqliyi,təmkinliyi, sadəliyi və səmimiyyəti ilə  seçilən  ömrünün ən məhsuldar dövrünün 30 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı -istefada olan polkovnik- leytenant  Məmmədov İlqar Məhəmməd oğlunun yanvar ayının 3-də dünyaya göz  açdığı gündür.


 Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda, istefada olan   zabitləri polkovnik- leytenant  İlqar Məmmədovu səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyət lər arzu edib, deyirlər İlqar qoy yaşının üstə gələn bu yeni yaşşda sizə  sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

  

  Məmmədov İlqar Məhəmməd oğlunu 3 yanvar 1968 ci ildə Cabrayıl rayonunun

Çüllü kəndində anadan olub.


O,1985-ci  Cabrayıl rayonunun Cüllü kənd orta məktəbəbi

 (əla qiymətlərlə), 1990-ci ildə Sverdlovsk Ali hərbi məktəbi (əla və yaxşı qiymətlərlə) bitrib. Daxili Qosunlarda xidmət etdiyi illər ərzində bir çox kuruslarda, metodiki- təlim toplanışlarda,  komanda -qərargah (xüsusi-  taktiki ) təlimlərdə, seminar və konfranslarda fəal iştirak  etmişdir.

  

   Məmmədov İlqar Məhəmməd oğlu 1990-1991-ci illərdə  Müdafiə Nazirliyinin  hərbi hissələrində böluk komandirinin müavini, Artileriya ximətinin rəisi,  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Baş İdarəsinin Gəncə və Sumqayıt şəhərlərində, Nərimanov Xətai, Lənkəran və Xəzər rayonlarında yerləşən hərbi hissədə və Ali hərbi məktəbdə, böluk komandirinin müavini,  Artileriya ximətinin rəisi, tabor komandiri, hərbi hissə komandirinin birinci müavini, hərbi hissə komandirinin müavinini-qərargah rəisi, Daxili Qoşunların  Ali Hərbi məktəbində isə  kafedera rəisinin müavini vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.


   Polkovnik-leytenant İlqar Məmmədov Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Qazax,Goranboy ,Murovdağ, Ağdam, Ağdərə və Füzuli rayonları  istiqamətində ) gedən döyüşlərdə iştirak edib  və yaralanıb .

  İ.Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.


     Polkovnik- leytenant  İlqar  Məhəmməd oğlu  Məmmədov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


   Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrinin, eləcə də digər hüquqi- normativ aktların  tələblərinə, vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi

xidmətə ruhlandırmışdır.

  

İlqar Məmmədov Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.


    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın,onun müavinlərinin,Ali hərbi məktəb rəisinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley və müvafiq idman dərəcəsi  döş nisanları ılə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla,qiymətli hədiyyələrlə mükafatlan dırlıb və ona təşəkkür elan edilib.

  

  Döyüş hazırlığındakı  əla göstəricilərə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqləndiyinə eləəcə də şücaət və   fədakarlıq xidmətlərinə görə  SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:


1."Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı" medalı ilə;


2.".Qüsursuz xidmətə görə örə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə;


3."SSRİ Silahlı Qüvvələrinin  70-iliyi, Azərbaycan Respublikasının 10-illiyi, 90-illiyi və 95-iliyi yubiley  medaları ilə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN. İLQAR!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan Respublikasının  Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman  Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages