Təbrik:Polkovnik - leytenat İlham Abıyev-55


 Daxili  İşlər Nazirliyi  (Din-in ) Daxili Qoşunların həyatında   öz dəsti- xətti    və      xüsusi xidmətləri       olan,   dərin zəkası yüksək peşəkarlığı, humanistliyi, səmiyyəti,dəqiqliyi,təmkinliyi, vətənpərvərliyi,  işgüzarlığı, iradi       və  mənəvi   keyfiyyətləri ilə,  seçilən    ömrünün  ən məhsuldar  dövrünün  35 ildən çox şərəfli xidmət yolunun 3- ilini  Cəmşid Naxçıvanski adına hərbi liseydə, 4- ilini      Ali      hərbi məktəbdə,  28-ilini isə  DİN-in  Daxili Qoşunlarında  keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri  və     Müharibə Veteranı- ehtiyatda olan polkovnik leytenant Abıyev İlham Qurbanqulu oğlunuun  dekabr ayının 20 – də dünyaya göz acdığı gündür.

      

Daimi həyatın bütün sınaqlarından  alını acıq və üzüağ  cıxan, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı- ehtiyatda olan polkovnik- leytenant Abıyev İlham Qurbanqulu oğlunu doğum günü münasibətilə,DİN-in Daxili      Qoşunlarının ehtiyatda və istefada olan     zabitləri,     iş yoldaşları , əzizləri doğmaları   səmimi qəlbdən         mtəbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və      həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzu edib         deyirlər, İlham   qoy  yaşının üstə gələn bir yaşda,sizə  sevincdolu günlər bəxş etsin, hər yeni ilin isə ötən ilərdən, daha gözəl istəklərinə   uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin!

    

 Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı- ehtiyatda olan  polkovnik- leytenant Abıyev İlham Qurbanqulu oğlu  20 dekabr 1969-cu ildə Salyan rayonda       zəhmətkeş  bir ailədə anadan olub.

 1977-ci ildə  Salyan şəhər 4 (dörd) saylı orta məktəbə daxil olub və 1984 -cü ildə  yüksək bala Cəmşid Naxçıvanski adına  hərbi liseyə daxil olub. 1987-ci ildə  Cəmşid Naxçıvanski adına hərbi liseyi, 1991 – ci ildə  Ukrayna Respublikasının Poltava şəhərində yerləşən  Poltava Ali Hərbi Rabitəçi    Komandirlər  məktəbinii,  2015- ci ildə isə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Akademiyasını bitirib.


     İlham Qurbanqulu oğlu Abıyev  1991 - 2020-ci illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Konvoy (Mühafizə) Alayinda, Ağdam, Füzuli, Binəqədi, Xətai  və Nərimanov rayonlarında yerləşən hərbi hissələrdə və Əlahiddə Dayaq Rabitə qovşağında Rabitə xidmət rəisi, Dayaq Rabitə Qovşağ rəisinin müavini, Dayaq Rabitə Qovşağının rəisi, Daxili Qoşunların Bas İdarəsinin Qərargahında isə Rabitə şöbəsinin baş zabiti , Xüsusi Rabitə xidmətinin rəisi vəzifələrində Vətənə  və xalqa sədaqətlə xidmət etmişdir.

  İlham Abıyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

   İlham Qyrbanqulu oğlu   Abıyev  Azərbaycan Respublikasında ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqaləda hallar, habelə  folqalıda  vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin     təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.

  

   İlham  Abıyev, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümnə olmuşdur.

  Polkovnik  leytenant İlham Abıyev, Azərbaycanın  Respubilkası  Daxili İşlər Nazirliyi Daxili  Qoşunlarında xidmət etdiyi  illər ərzində,AzərbaycanRespublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxilii  qoşunların dğyüş xidməti  nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcdə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlan dırmışdır.

    O, daimi (həmişə) ləyaqətinin şərəfinin, işgüzar fəalıyyətıni,  toxunmazlığnı gözləmiş, nüfuzunu  qorumuş vüqarını daima yüksək saxlayaraq ,alını açıq və   başı uca gəzmişdir.  Xalqa, elə obaya dövlətə xidmət, özdə  etdiklərini  sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.

Hərbi xidməti  vəzifələrin  icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətlərinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, təhsil aldıgı hərbi lisey və ali təhsil müəssisələrin rəhbərlərinin, hərbi hissə komandirlərinin  müvafiq əmrləri ilə  əla xidmətlərə, döyüş və ictimai hazırlığındakı əla göstəricilərə  görə  əlacı, yubiley və müvafiq idman dərəcəsi döş  nisanları ilə təltif olunub, bir çox  təşəkkürnamələr ilə,fərmanlarla,   qiymətli  hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


 Döyüş hazırlığındakı əla göstəricilərə görə, təlimlərdə, xüsusi döyüş  əməliyyatlarında,  Azərbaycanın Respubilkasının ərazi bütövlüyünün təmin edilməsində, döyüş xidmətində və  döyüş növbəsində xüsusi fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezıdenti adından  Daxili İşlər Nazirnin  müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:

  1. “  Hərbi xidmətdə fəriqləndiyinə  görə  3 -dərəcəli medala ilə;

  2. “Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı” medalı ilə;

  3. “Qüsursuz xidmətə görə” 1-ci   dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;

  4. “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;

5.”Qüsursuz xidmətə görə”  3-cü dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;

6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10-illiyi (1991-2001)” yubiley medalı ilə;

7.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90-illiyi  (1918-2008)” yubiley medalı ilə;

 8.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95-illiyi (1918-2008)” yubiley  medalı ilə;

9.SSRİ Silahlı Qüvvələrinin 70 illiyi  (1918-1988)” yubiley medalı ilə.

   Abıyev İlham Qurbanqulu oğlu  Azərbaycan Respublikasının Prezidentının  11 mart 2008-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə, gösdərdiyi şücaət və igidliyə,öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən  fəriqləndiyinə görə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN İLHAM !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


Azərbaycan Respublikasının  Silahlı Qüvvələr  və  Müharibə Veteranı  polkovnik Salman Musayev




Hiç yorum yok:

Yorum Gönder

Pages