Təbrik:Polkovnik Akif Məmmədov - 61



    

  Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst -xətti olmuş, peşəkarlığı, səmərəli fəaliyyəti və vətənpərvərliyi ilə seçilən, istefada olan polkovnik  Məmmədov Akif İsmayıl oğlunun dekabr ayının  11 -də dünyaya göz acdığı gündür.


     Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı - istefada olan polkovnik  Akif Məmmədovu  11 dekabr doğum günü münasibətilə Daxili İşlər  Nazirliyinin (Din-in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları,yaxınları, dostları  iş  və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, həyata insan üçün ən şirin nemət olan möhkəm  cansağlığı arzu edib deyirlər, Akif müəllim qoy yaşınızın üstə gələn  bu yaşda sizə  sevinc dolu illər  bəxş etsin,hər yeni günüz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

    

 Polkovnik Məmmədov Akif İsmayıl oğlu 1963 - ci ilin dekabr  ayının 11 - də  Azərbaycan Respublikası Gəncə şəhərində  zəhmətkeş bir ailədə anadan olub.

      

1981-ci ildə Gəncə şəhərində orta məktəbi, 1985-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyi  Daxili  Qoşunlarının Vladikavkaz  (əvvələr Ordzhonikidze) Ali Hərbi Komandirlər məktəbini  bitirib.



 Polkovnik  Akif  İsmayıl oğlu Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında kursant olduğu  və xidmət etdiyi  illər ərzində Daxili Qoşunların Baş İdarəsində,  və hərbi hissələrdə  keçirlən bir çox   təlim- metodiki toplanışlarda,taktiki-xüsusi təlimlərdə,nümnəvi  - göstərici məşğələlərdə, komanda qərargah məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.

     

  Polkovnik Məmmədov Akif İsmayıl oğlu   1985-1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin birində   müxtəlif vəzifələrdə calışıb.


1992-2023 - cü illərdə   Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Gəncə şəhərində,Hacıqabul və Lənkəran rayonunlarda yerləşən hərbi hissələrində nizami  hissə rəisi, hərbi hissə komandirinin  müavini - qərargah rəisi, hərbi hissə komandiri əvəzi, hərbi hissə  komandiri, Daxil Qoşunların Baş İdarəsinin İnispeksiyasında  baş inspektor, Daxili Qoşunların Baş İdarəsinin Qərargaında  isə  baş zabit və  əməliyyat şöbəsinin rəisi vəzifələrində Vətənə, dövlətə  və xalqa sədaqətlə xidmət edib.

   

  Akif İsmayıl oğlu Məmmədov  Din-in  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi üçün nümunə  olmuşdur.


 Azərbaycanım ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbayca   Respuiıkasının müharibə veteranıdır.

    

  Hərbi və  döyüş yoldaşları  Akif Məmmədovu vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.

  

   Qanunvericiliklə müəyyən olunmuş  qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına  həvalə edilmiş vəzifə və tapşırıqların  yerinə yetirilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. 


   

    

   Öz xidməti və ictimai vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına, xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə   görə  SSRİ  və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin,  Daxili Qoşunlar Komandanlarının və onun müavinlərinin, ali  hərbi  məktəb rəisinin,

 diviziya və hərbi   hissə komandirlərinin əmrləri ilə polkovnik  Akif  Məmmədov əlacı, yubiley və  müvafiq  idman dərəcəsi döş nişanları ilə  təltif olunub, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.


  Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti və ictimai  vəzifələrini eləcə də hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:



1."Azərbaycan Respublikasının  Silahlı Qüvvələr  Veteranı” medalı ilə


2.”SSRİ Silahlı Qüvvələrinin 70 -illiyi (1918- 1988)" yubiley medalı ilə;


3."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin   10 -illiyi (1991 - 2001)” yubiley   medalı ilə;


4.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-  2008)” yubiley medalı ilə;


5”Azərbaycan Respublikasının  Silahlı Qüvvələrinun  95 (1918-2003)  illiyi  yubiley medalı ilə

 

6.”Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;


 7"Qüsursuz xidmətə görə” 2 ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;


8."Qüsursuz  xidmətə görə " 3-cü dərəcəli medal  ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili  xidmətə görə.


Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların yaradılmasının 23-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin  10 mart  2015-ci tarixli 1097 saylı sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.



AKİF DOĞUM GÜNÜN MÜBARƏK !!!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 


Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages