Təbrik:Mayor Təyyar Bağırov- 53



   

Yüksək hərbi peşək arlığı, humanistliyi, işgüzarlığı, dəqiqliyi , təmkinliyi, sadəliyi  səmimiyyəti,iradı və mənəvi keyfiyyətləri  ilə  seçilən,ömrünün  ən məhsuldar dövrünün 25 ildən çox şərəfli xidmət yolunu  Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- ehtiyatda olan mayor Təyyar Vaqif oğlunun 30 dekabr dünyaya göz açdığı gündür.

   

Belə bir əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri  və  müharibə veteranı ehtiyatda olan mayor Bağırov Təyyar Vaqif oğlu nu Daxili İşlər Nazırliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyatda və istefada  olan zabitləri, doğmaları, əzizləri, yaxınları, iş və döyüşcü  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib- tükənməyən naliyyət lər arzu edib deyirlər,Təyyar  qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.

     

Mayor Bağırov Təyyar Vaqif oğlu 30 dekabr 1971-ci ildə  Bakı şəhərində ziyalı ailədə anadan olub. Onun həyat yoldaşı Solmaz xanım uzun müddət DİN-in Daxili Qosunlarin Baş İdarəsinin  döyüş hazırlığı idarəsinin  və  katibliyinin mətbbə xidmətində  müvafıq vəzfələrdə layiqincə  xidmət etmişdir.


    Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- ehtiyatda olan mayor Bağırov Təyyar Vaqif oğlu  1988-ci ildə Bakı şəhərində 126 nömrəli orta məktəbi, 1992-ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Vladikafqazda  (əvvələr Ordjonikidze) şəhərində yerləşən ali hərbi komandirlər məktəbini bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin, Müdafiə Nazirliyin və DİN-in Daxili Qoşunların hərbi məktəblərində müvafiq  ixtisas artırma kurslarda olub. Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim -metodiki toplanışlarında, taktiki -xüsusi  təlimlərdə, komanda-qərargah  məşqlərində, seminar və konfranslarda fəal iştirak edib.

   

Mayor Təyyar Bağırov 1992 -1994-cü illərdə Daxili Qoşunların Baş İdarə sinin Bakı şəhəri Binəqədi rayonunda yerləşən hərbi hissədə silah xidmətinin rəisi, 1994-1996-cı illərdə DİN-in Baş İctimai Təhlükəsizlik  İdarəsi ndə  inspektor,1996-2014- cü illərdə   Daxili Qoşunların Baş İdarəsinin Binəqədi və Xəzər rayonlarında yerləşən hərbi hissədə və hərbi məktəbdə  bölük komandirinin birinci  müavini, böluk komandiri, kafedra rəisi, DİN-in Daxili Qoşunların Bas İdarəsinin Qərargahında  döyüş hazırlığı şöbəsinin  baş zabiti vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.

   

 T.Bağırov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir. Təyyar Bağırov  işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müs bət mənada seçilərək, başqaları üçün daimi  nümunə olmuşdur.

   

   Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın,  hərbi və daxilii  qoşunların dəyüş xidməti nizamnamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

      

Bağırov Təyyar Vaqif oğlu 1992 -1993- cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda (Ağdərə və Ağdam rayonları istiqamətində) gedən döyüşlərdə  iştirak dərək  üzərinə düşən vəzifə və tapşırıqların  öhdəsindən isə layiqincə gəlmişdir.

      


Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili işlər orqanlarına   və Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələr ində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında   və ictimai təhlükəsizli yin təmin edilməsində,yaşayış məntəqələr ində və cəzaçəkmə müəssisələrində kütlə vi iğtşaşların qarşısı nın alınmasında,cinayətkarlığa qarşı mübarizədə, silahlı dəstələrin zərərsizləş dirilməsində,qəzalar, bəbəxt hadisələr, yanğınlar,təbii fəlakət lər və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüqüqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında  ona həvalə edilmiş  vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə  yerinə yetirmişdir.

    

 Hərbi və polis  xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş  keyfiy yətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möh kəmləndirilməsində  yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin və onun müavinlərinin, Daxili Qoşunlar Komandanı və onun müavinlər inin, Baş İctimai təhlükəsizlik İdarə rəisinin, Ali hərbi məktəb rəislərinin və hərbi hissə komandir inin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nisanları  ilə təltif edilib, bir çox fərmanlarla, müvafiq diplomlarla , qiymətli hədiyyələrlə mukaflan dirlib və ona təşəkkür elan edilib.

     

Öz xidməti vəzifələri ni və hərbi hissə qarşısında qoyulmuş  vəzifə və tapşırıqları  yerinə yetirərkən xüsusi fəriqləndiyinə, şücaət və   fədakarlıq göstərdiyinə  görə  SSRİ Alı Soveti və Azərbaycan Respub likasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:


  1. Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı" medalı ilə;


  1. "Qüsursuz xidmətə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medallar ilə ;


3."SSRİ  Silahlı Qüvvələrinin  70- illiyi (1978-1988)” yubiley  medalı ilə;


4.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10-illiyi (1991-2001), 90-illiyi (1918-2008) və 95-illiyi (1918- 2015)” yubiley  medalları ılə.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN TƏYYAR !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və  Müharibə Veteranı  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages