Təbrik:Mayor Nizam Səfərəliyev-61




 Yüksək peşəkarlığı, humanistliyi, işgüzarlığı,iradi,mənəvi  keyfiyyəti ilə,  dəqiqliyi  təmkinliyi, sadəliyi, təmkinliyi eləcədə, bədən tərbiyəsi və idman sahəsində qazandığı uğur və nailiyyətləri ilə  seçilən,  ömrünün ən məhsuldar  dövrünün 41 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə  və İdman sahəsində keçirən Azərbaycan Respublikasının müharibə veteranı və SSRİ İdman ustası- istifada olan mayor Səfərəliyev Nizam Mühəddin oğlunun 11 dekabrda  dünyaya göz açdığı gündür.

     

Belə bir  gün münasibəti mayor Səfərəliyev Nizami Mühəddin oğlunu Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, onun doğmaları, əzizləri, yaxınları,iş və döyüşçü yoldaşları  səmimi  qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı,ailə səadəti  və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər ki,Nizami 

qoy yaşının üstə gələn bu yaşda  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun  sizi xoşbəxt edəcək şəkildə keçsin. 


 Mayor Səfərəliyev Nizam Mühəddin oğlu  11 dekabr 1963 -cü ildə Gürcüstan Respublikasının Abxaziya Muxtar Respublikasının Oçamçira rayonunda dünyaya göz açııb.

 Baki şəhər Təhsil İdarəsinin Nərimanov rayonunda yerləşən orta məktəbi və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitrib. O, Daxili İşlər Nazirliyinin (DİN-in)  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində eləcədə Azərbaycan Respublikasının yığma komandasının tərkibində  keçirilən bir çox toplanışlarda, məşqlərdə (təlimlərdə)  seminar və konfranslarda fəal iştirak etmişdir.


Nizam Səfərəliyev  1982-1983-cü illərdə Sovet ordusunun Bakı şəhərində yerləşən Mərkəzi ordu kulubunda  müddətli həqqi hərbi xidmətdə olmuşdur.

 1988- 1991-ci illərdə SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Bakı şəhərində yerləşən konvoy (mühafizə) və əməliyyat alaylarında idman  üzrə baş təlimatçı, diviziya komandirinin adyutantı vəzifələrində xidmət etmişdir.

İdman ustası  mayor Səfərəliyev Nizam Mühəddin oğlu  1992-2008-ci illərdə Azərbaycan Respublikasının  Daxili Qoşunların Baş idarəsinin Konvoy (Mühafizə) alayında idman və fiziki hazırlıq rəisi, Daxili Qoşunların Bas İdarəsinin  Binəqədi rayonunda yerləşən hərbi hissədə xüsusi təyinatlı dəstədə taqım komandiri, Daxili  Qoşunların Baş İdarəsinin əlahiddə idman bölüyünün komandiri, Daxili Qoşunların İdarəsinin  əlahiddə İdman komandasının rəis müavini vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.O, 2009-cu ildən etibarən İdman sahəsində məşqçi işləyir.


 Nizam Səfərəliyin hazırladığı və məşq edirdiyi bir çox idmançılar ölkə, Avropa cempionatların və beynəlxalq turnirlərdə ən yüksək nəticələr əldə etmişlər.

Mayor Səfərəliyev Nizam Mühəddin oğlu bir çox Azərbaycan, SSRİ və Avropa  çempionatlarında, Beynalxaq turnirlərdə, Daxili İşlər və Müdafiə Nazirliklərin, Daxili Qoşunların təşkil etdiyi  yarışlarda (hərbçilərin çempionatlarında)  iştirak edərək  cempion olmuşdur.

 O, İdman sahəsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ idman ustası adına layiq görülmüşdür.

   Nizami Səfərəliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir. O,istər  yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində , məşq etdiyi idman klublarında,  istərsə də, xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış, qohum -əqraba  arasında özünə layiq hörmət qazanmışdır.


 Mayor Nizami Səfərəliyev DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.

 Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin yerinə yetirilməsində Nizami Səfərəliyev tabeçiliyində olanlar üçün nümunə olmuşdur.

 Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,  , yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə  hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin ovunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

  Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə,döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanlarının  və onun müavinlərinin, diviziya və hərbi hissə komandirinin  müvafiq əmrləri ilə  əlacı, yubiley və  idman dərəcəsi döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

  Hərbi xidmət və İdman sahəsində fəriqləndiyinə, hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Mayor Nizam Səfərəliyev Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:


1.”Qüsursuz xidmətə görə 1-ci ,2-ci və 3-cü dərəcəli medallarla;

 2.”Azəbaycan Respublikasının Silahlı Qüvvələrinin” 10 və 90-iliyi   yubiley medalları ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUNNİZAM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages