Təbrik:Mayor Müşviq Əsgərov-52




   Peşəkarlığı,humanistliyi, xeyirxahlığı, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərvərliyi, təvazökarlığı, işgüzarlığı, iradi və  mənəvi keyfiyyəti ilə seçilən, ömrünün 16 ildən çox şərəfli xidmət yolunu,  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Lənkəran və Sumqayıt şəhərlərində,Nərimanov rayonunda yerləşən hərbi hissələrində  müxtəlif vəzifələrdə keçirmiş -  ehtiyatda olan mayor Əsgərov Müşviq İltimas oğlunun dekabr ayının 6 - da dünyaya göz acdığı gündür.  

     

    Daimi həyatın  çətinliklərindən alnıaçıq və üzüağ çıxan- ehtiyatda olan Mayor Müşviq  Əsgərovu belə bir əlamətdar gün münasbətlə, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan miöhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Müşviq  qoy  yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni ilin  isə ötən illərdən  daha gözəl istəklərinə uyğun  sizi xoşbəxt edəcək şəkildə keçsin.

  

     Mayor Əsgərov Müşviq İltizam oğlu 1972-ci ildə Masallı rayonunun  Ərkivan  kəndində anadan olub.


1989-cu ildə Masallı rayonunun Ərkivan kənd orta məktəbini, 1994- cü ildə isə Azərbaycan Dövlət Texniki Üniversitetini  (keçmiş Azərbaycan Poltexnik İnistutunu) bitrib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Müdafiə Nazirliyinin Qaraheybətdə yerləşən Zabitlərin ixtisas artırma kursunda olmuşdur. Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, taktiki  - xüsusi təlimlərdə, qərargah  məşqlərində, seminar və konfranslarda fəal iştirak etmişdir

    

    Mayor İltimaz oğlu Müşviq Əsgərov 1994-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş  İdarəsinin Lənkəran və Sumqayıt şəhərlərində, Nərimanov rayonunda yerləşən hərbi hissələrində taqım və böluk komandiri, silah xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.2010-ci ilin dekabr ayından  "Hərbi xidmətkeçmə haqqında” əsasnamənin "v" bəndinə əsasən xəstəliyə görə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından  Silahlı Qüvvələrə ehtiyata buraxılıb.

    

O,Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın və hərbi nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz  tabeçiliyində olanlar üçün  daimi nümunə ol muşdur.


   Müşviq Əsğərov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş  və qayğıkeş zabit kimi göstərmişdir.


Mayor Müşviq Əsgərov istər  anadan olduğu və yaşadığı ərazidə, təhsil aldığı orta və ali təhsil müəssisələrində, Müdafiə Nazirliyinin zabitlərin təhkimləşdirmə kursunda, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv,dost- tanış , qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

    

 Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyinin Daxili  Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi  tədbirlərin keçirilmə yerlərində  ictimai  asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində  kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqaladə vəziyyət, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən  vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri əla xidmətlərə görə  əlacı  və yubiley döş nişanları ilə təltif olunub, bir çox  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

    

     Öz xidməti vəzifə borclarını və hərbi  hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvaiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:


1."Qüsursuz xidmətə görə”  2-ci və 3-cü dərəcəli medallarla;


2."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  10-illiyi (1991-2001) və 90-illiyi (1918-2008)” yubiley  medalları ilə. 


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

MÜŞFİQ !


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

   


Azərbaycan Respublikasının  Silahlı Qüvvələr və Müharibə Veteranı  polkovnik  Salman  Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages