Təqvimdə hər bir insanın özəl,ona aid bir günü olur.İnsan özünü bu günün qəhramanı hiss edir.Bir növ hər keçən il insan məsuliyyətini artırır. Belə insanlardan biridə yüksək peşəkarlığı,humanistliyi,dəqiqliyi, təmkinliyi ilə, sadəliyi, səmimiyyəti, ,işgüzarlığı,iradı və mənəvi keyfiyyətilə seçilən ömrunun ən məhsuldar dövrünün 27 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranları- ehtiyatda olan mayor Baxşəliyev Elgiz Hümbət oğludur. Dekabr ayının 1- də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərərindən alınıaçıq və üzüağ çıxan Elgiz Baxşəliyevi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri,yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara cansağlığı uzun ömür arzu edib deyirlər,Elgiz qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun Sizi xoşbəxt edəcək şəkildə keçsin.
Baxşəliyev Elgiz Hümbət oğlu 1971-ci ilin dekabr ayının 1-də Ağdam rayonunun Kəngərli kəndində zəhmətkeş bir ailədə anadan olub.
1988 -ci ildə Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbi, 1998-ci ildə Azərbaycan Texniki Universitetini (Poltexnik İnistitunu) və Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitirib.O,Daxili Qoşunların Bas İdarəsinində və hərbi hissələrində keçirilən bir cox təlim - metodiki toplanışlarında, taktiki xüsusi- təlimlərdə,müvaiq kurslarda, seminar və konfranslar fəai iştirak edib.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranları- ehtiyatda olan mayor Baxşəliyev Elgiz Hümbət oğlu 1988-1990 -cı ilərdə Sovet ordusunun Pirmorski Krayda yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1992- 2017-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Ağdərə, Ağdam, Füzuli, Xətai, Zakatala, Binəqədi, və Bərdə rayonlarında yerləşən hərbi hissələrdə taqım komandiri, böyük komandirin müavini, böluk komandiri,tabor komandirinin texniki işlər üzrə müavinini və hərbi hissənin avtomobil və zirehli texnika xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmir və sərancamlarının dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qilluqcular üçün şəxsi nümünə olmuşdur.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər ,saxavətli, əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir.Elgiz Baxşəliyev istər yaşadığı ərazidə, oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kollektiv, dost- tanış ,qohum- əqraba arasında özünə layiq hörmət qazanmışdır.
Qanunverciliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməaində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin və silahlı qruplaşmış dəstələrin axtarışında,tutulmasında və zərərsizləşdirilməsində, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və fövqalədə hallar, habelə fövqalədə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərin həyata kecirilməsində, eləcədə dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Döyüş hazırlığında,təlimlərdə,döyüş xidməti və döyüş növbəsində xüsusi fərulkəmdivə hərbi xidmət kecdiyi göstərdiyi digər xidmətlərə görə, Daxili İşlər Nazirnın, Daxili Qoşunlar Komandanın, onun müavinlərinin,təlim-tədris mərkəz rəisinin və hərbi hissə komandirinin müvafiq əmirləri ilə əla xidmətlərə görə, əlacı döş,yubiley və idman dərəcəsi nişanı ilə təltif olunub,bir cox fərmanlarla,diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”AzərbaycanRespubilkası Silahlı Qüvvələri Veteranı” medallı ilə;
2.”Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
7.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə.
Azərbaycan Respublikasının Prezıdentının 11 mart 2008- ci il tarixli (2727 nömrəli ) sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdiyi şücayət və igidliyə, xidməti vəzifəsini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə, mayor Elkiz Baxşəliyev "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ELGİZ!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.
Azərbaycan Respublikası Silahlı Qüvvələr və Müharibə Veteranı Polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder