İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür Belə insanlardan biri də, Azərbaycan Ordusunda və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan, peşəkarlığı, humanistliyi,sadəliyi, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyətilə seşilən, müharibə veteranı -istefada olan Mayor Eldar Bağırovdur. Dekabr ayının 1-də onun dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün çətinliklərindən alınıaçıq və üzüağ çıxan- istefada olan mayor Bağırov Eldar Əşrəf oğlunu dogum günü munasbətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitıəri,doğmaları,əzizləri, iş və doğüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər, Eldar qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Respublikasının Müharibə veteranı- istefada olan mayor Bağırov Eldar Əşrəf oğlu 1961-ci ilin dekabr ayının 1-də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1979- ci ildə Yasamal rayonunun 158 saylı tam orta məktəbini ,1984-ci ildə Azərbaycan Texniki Universitetini (Poltexnik İnstitutunu), Naxçıvan Müxtar Respublikasında hərbi kafedranı,Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Bas İdarəsinin təlim-tədris mərkəzlərində zabitlərin ixtisas artırma kursunu bitrib. O, Xarici ölkələrdə, Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim- metodiki toplanışlarda, taktiki- xüsus təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Eldar Bağırov 1984-1992-ci illərdə Dəzgahqayırma istehsalat birliyində mühəndis vəzifəsində işləyib.
1993- 1998-ci illərdə Müdafiə Nazirliyinin döyüş bölgələrində yerləşən hərbi hissələrində taqım komandiri, tabor komandirinin silahlandırma xidmətləri üzrə müavini, 1999-2016-cı illərdə isə Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində Mühəndis xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin,əmir və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlar və bir çox hərbi qulluqcular üçün şəxsi nümünə olmuşdur.
O,Azərbaycan Ordusunun və Din-in Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etdiyi illər ərzində özünü qorxmaz, insanpərvər, saxavətli, əliaçıq zəhmətkeş zabit kimi göstərmişdir. Eldar Bağırov istər yaşadığı ərazidə, istərsə də oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, qohum-əqraba arasında, istərsə də xidmət etdiyi və işlədiyi kollektiv, dost-tanış arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasında ictimai əsayişin qorunmasında və içtimai təhlükəsizliyin təmin edilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinəayətkarlığa qarşı mübarizədə,qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə vəziyyət zamanı hüquqi tejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Azərbaycan Respublikasının müharibə veteranı- istefada olan mayor Eldar Bağırov peşəkarlığı və hümanistliyi ilə seçilən ömrünün ən məhsuldar dövrünün 24 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə keçirib.
Hərbi vəzifələrin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə, nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, İdarə və şöbə rəislərinin,korpus və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə,əlacı və yubiley döş nişanları ilə, fəxri fərmanlarla, müvafiq diplomlarla və qiymətli hədiyələrlə mukaflandırlıb və ona təşəkkür elan edilib.
Xidmətdə fəriqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
2.”Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medal ilə;
2.“Azərbaycan Respubilkasının Silahlı Qüvvələrin isə 10 illiyi (1991-2001), 90-illiyi (1918-2008) və 95-iliyi (1918-2013) yubiley medalları ilə təltif olunub.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ELDAR!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder