Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş - ehtiyatda olan kapitan Hüseynov Emin Füzuli oğlunun dekabr ayının 6-da dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alını açıq və üzüağ çıxan- ehtiyatda olan kapitan Emin Füzuli oğlu Hüseynovu belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların istefada və ehtiyatda olan zabitləri, doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,Emin qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Hüseynov Emin Füzuli oğlu 1989-ci ilin dekabr ayının 6-da Neftçala rayonunun Qədimkənd kəndində zəhmətkeş bir ailədə anadan olub.
2007-ci ildə Neftçala rayonun Qədimkənd kənd tam orta məktəbi, 2008-ci ildə Daxili Qoşunlarda cavuşlar məktəbini, 2010-cı ildə Türkiyə Jandarma hərbi məktəblərin birndə gizirlər kursunu (fəriqlənmə diplomla) 2014-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Orta ixtisas hərbi məktəbini bitrib.
2008- 2009-cü illərdə Daxili Qoşunların Nərmanov rayonunda, Şirvan şəhərində,Xətai və Xızı rayonlarında yerləşən hərbi hissələrində və təlim-tədris mərkəzində (atıcı,müdavim və manaqa konmandiri vəzifəsində) müddətli həqiqi hərbi xidmətdə olub.
2009-2023-ci ilərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Orta ixtisas məktəbində müdavim, hərbi hissələrində isə yarımqrup və qrup komandiri, taqım komandiri, bölük komandirinin tərbiyəvi işləri üzrə müavini, bölük komandiri, əşya xidməti rəisi
vəzifələrində xidmət edib. »Hərbi xidmətəkecmə haqqında» əsasnamənin 156 cı madəsinin v).bəndinə əsasən xəstəliyə görə Daxili Qoşunlardan ehtiyata buraxlıb.Hal-hazırda «Paşa Holdinq»ə məxsus olan «Port Bakı Tover ll» biznes mərkəzində işləyir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində iricaplı döyüş silahlarından atış, paraşut və əşya xidməti rəisi kurslarında olmuşdur. Din-in Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirlən bir cox təlim-metodiki toplanışlarda,xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
Emin Hüseynov öz tabeliyində olanlara və bir cox hərbi qulluqculara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetiriməsi üçün daimi nününə olmuşdur.
Emin Hüseynov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı, tərbiyəsi yerində olan, nizam və intizamlı hərbçi kımı göstərmiş, işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada DİN-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində,mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin və hərbi təchizat anbarların mühafizəsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın təmin edilməsində və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,axtarışda alan şəxslərin axtarılmasında, tutlmasında və zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında,qəzalar,bədbəxt hadisələr ,yanğınlarvə təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində - ehtiyatda olan kapitan Emin Hüseynov üzərinə düsən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
O,peşəkarlığı, səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işgüzarlığı, mənəvi keyfiyyəti, sadəliyi, səmimiyyəti, dəqiqliyi və təmkinliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 15 ildən cox şərəfli xidmət yolunu Daxili işlər nazirliyi Daxili Qoşunlarının Bas İdarəsinin hərbi hissələrində və hərbi məktəbində hərbi xidmətdə keçirərək, Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə -ehtiyatda olan kapitan Emin Hüseynov Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının, onun müavinlərinin, Türkiyə Jandarna Qüvvələrinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi məktəb rəislərinin və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olub, bir cox fərmanlarla,diplomlarla, və qiymətli hədiyyələrlə mükafatlandırılıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə;
2.”Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubley medalı ilə;
3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
EMİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder