Daxili işlər Nazirliyinin Daxili Qoşunların həyatında tibb xidməti sahəsində öz dəsti-xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı
humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, mənəvi və işgüzar keyfiyyəti ilə, seçilən ömrünün ən məhsuldar dövrünün 25- ildən çox şərəfli xidmət yolunu Daxili İşlər Nazi rliyi Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Nərmanov, Xətai və Qaradağ rayonlarında yerləşən hərbi hissələr ində (hərbi hospitalın da) müxtəlif vəzifələrdə keçirmiş ali dərəcəli həkim- ehtiyatda olan tibb xidməti polkovnik- leytenantı Ağacanov Əjdər Məclum oğlunun yanvar ayının 1- də 57 yaşı tamam olur
Daimi həyatın sınaqlarından alnıaçıq və üzüağ çıxan - istefada olan tibb xidməti polkovnik -leytenantı Əjdər Ağacanovu doğum günü münasibətilə, Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib tükənm əyən nailiyyətlər arzu edib deyirlər, Əjdər həkim qoy yaşınızın üstə gələn bu yeni yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni iliniz isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Ali dərəcəli peşəkar həkim Ağacanov Əjdər Məclum oğlu 1968 -ci il in yanvar 1- də Qusar rayonunun Moruqlu kən dində zəhmətkeş ailədə dünyaya göz açıb.
O, 1984 -cü ildə Qusar rayonun Moruqlu kənd orta məktəbin 8-ci sinfini, 1986-ci ildə Bakı şəhərin də kimya-biologiya təm ayüllü liseyi, 1993-ci ildə Azərbaycan Dövlət Tibb Unveristetini bitirib.Əjdər həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir neçə dəfə həkimlərin təkmilləşmə institutunda ixtisasartırma kurslarında olub.Daxili Qoşunların Baş İdarəsində və hərbi hissə lərində kecirlən bir cox metodiki- təlim toplanışlarında, hərbi xüsusi taktiki təlimlərdə, koma nda- qərargah məşqlərin də, müvafiq seminarlarda və konferanslarda fəal iştirak etmişdir.
Təcürbəli və zəhmətkeş Əşdər həkim 1994- 2019 -cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Füzuli, Qara dağ, Xətai və Nərimanov rayonun-larında yerləşən hərbi hissələrində və hərbi hospitalında, Tibb məntə qəsinin rəisi, Tibb xidmət rəisi, Baş ordinator və İnfe ksion şöbənin rəisi vəzifə-lərində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edib. Əjdər həkim hal- hazırda Qusar rayon mərkəzi xəstəxanasında baş həkim vəzifəsində işləyir.
Vətən qarşısında xidmətləri olan, ali dərəcəli Əjdər həkim Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetir ilməsində üzərinə düşən vəzifə və tapşırıqların yerinə yetirilməsində bır çox hərbi qulluqçulara və həkimlərə şəxsinü munə olmuşdur. Hippo krat andı içən Əjdər həkim həmişə həkim andına sadiq qalaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Əjdər Məclum oğlu Ağacanov qorxmaz, səxavətli, əliaçıq və zəhmətkeş həkimdir. O,harda işləməsindən asılı olmayaraq istər oxuduğu və təhsil aldığı təhsil müəssisələrində, istərsə yaşadığı ərazidə, qoh um- əqraba arasında, istərsədə işlədiyi və xidmət etdiyi mühütdə, dost- tanış arasında özünə layiq hörmət qazanmışdır.
Əjdər həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.
Tibb xidməti polkovnik- leytenantı Əjdər Ağacsnov çox dəyərli bir həkimdir (insandır). Bu gün ki, gün də Əjdər həkim cəmiyyətin qabaqda gedən, sayılıb- seçilən zəhmətkeş, insanpərvər həkimlərdən (insanlardan) biridir. O, bu səviyyəyə öz gücü, bacarığı, təcürbəsi, calışqanlığı, təşkilatçılıq bacarığı, şəxsi intizamı səviyyəsində ucalıb.
Əjdər həkim hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə apararaq daimə qələbə qazanmışdır. Bu həkim (insan) ücün ən meyar, başlıca amal qürurunu saxlamaqdan ibarət olub. O,harada işləməsinə, xidmət etməsinə baxmayaraq, öz xidməti vəzifələrini layiqincə yerinə yetirmiş, qanun tələblərinin ədalətlə tətbiq edilməsində həmişə prinsipial mövqe tutmuşdur, buna görədə hec kəsin qarşısında gözü-kölgəli və borclu qalmamışdır. Bütün bunlara görədi ki, Əjdər Ağacanov Məclum oğlu həmişə ləyaqətinin, şərəfinin, şəxsiyyətinin,işgüzar fəaliyyətinin toxunmazlığını və nüfuzunu qorumuş, vüqarını daima yüksək saxlayaraq, alnı açıq və başı uca gəzmişdir. Xalqa,elə, el-oba qatğılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
Əjdər həkim hərbi xidmət də fəriqləndiyinə və xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunların Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və hospital rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Polkovnik- leytenat Əjdər Ağacanov Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.”Qüsursuz xidmətə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli medallar ilə;
2 .” Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasının” 10-iliyi, 90-illiyi və 95-iliyi yubiley metalları ilə təltif olunub.
Xidmətdə fəriqləndiyinə görə Əjdər həkim Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Hərbi xidmətlərə görə” medalı ilə təltif edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ƏJDƏR HƏKİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder