Tarix boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənətini mükəmməl bilən, insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-obada həmişə əziz tutulmuşdur. Hətta el arasında müdrik və mütərəqqi adamları loğmanla müqayisə edirdilər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir. Xalqın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatını etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların ehtiramını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir. Yaşar həkim də öz davranışı, dürüstlüyü, insanpərvərliyi, qayğıkeşliyi və insanlara sağlamlıq, eləcə də gözəl təbəssüm bəxş etmək məharəti ilə onların etibarını və rəğbətini qazanmış həkimlərdəndir. Təsadüfi deyil ki, pasientləri Lor həkimi Yaşar Adil oğlu barəsində danışanda deyirlər ki, “gözəl insandır və “əlləri qızıldır”.
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunların Baş İdarəsinin hərbi hospitalının Lor şöbəsində baş ordinator vəzifəsində Dövlətə və xalqa sədaqətlə xidmət etmiş, öz yüksək peşəkarlığı, humanistliyi, qayğıkeşliyi, xeyirxahlığı, sadəliyi, səmimiyyəti, dəqəqliyi, təmkinliyi, iradi, mənəvi keyfiyyətləri, insanpərvərliyi ilə seçilən və yüksək iş qabiliyyəti ilə fərqlənən tibb xidməti mayoru Salahov Yaşar Adil oğlunun dekabr ayının 3-də dünyaya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alınıaçıq və üzü ağ çıxan, bu gün şərəfli həkim ömür yolu keçən, insanların sağlamlığını ləyaqətlə qoruyan və savadlı mütəxəssis insan və qayğıkeş Lor cərrah həkim kimi kicikdən- böyüyə onu tanyanların hər birinin rəğabətini qazanmış Yaşar həkimi doğüm günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işçiləri), doğmaları,əzizləri, yaxınları və iş yoldaşları səmi qəlbdən təbrik edir, səbəbkara uzun ömür, cansağlığı, firavan həyat, ailə səadəti və hərtərəfli uğurlar arzu edib deyirlər, Yaşar həkim qoy yaşnızın üstə gələn bu yaşda da sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinə qovuşdururaraq dahada xoşbəxt etsin.
Qeyd edək ki, peşəkar cərrah Lor həkimi, tibb xidməti mayoru Salahov Yaşar Adil oğlu 3 dekabr 1972-ci il tarixdə peşəkar və təcrübəli həkim ailəsində anadan olub. Əslən Şamaxı rayonundandır
1989 -cu ildə orta məktəbi bitirib. 1995-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakultəsində “Müalicə ixtisas üzrə təhsil alıb. 1995-ci ildə həmin Universiteti müvəffəqiyyətlə başa vurduqdan sonra, elə həmin il Din-in Daxili Qoşunların hərbi hospitalında həkim kimi fəaliyyətə başlamışdır. 1995-1999 cu illər ərzində Din-in Daxili Qoşunların Qaradağ və Nərmanov rayonlarında yerləşən hərbi hospitalın Lor şöbəsində baş ordinator vəzifəsində Millətə, dövlətə vətənə və xalqa sədaqətlə xidmət edib.
Yaşar həkim Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hospitalından Silahlı Qüvvələrə ehtiyata buraxıldıqdan sonra öz ixtisası üzrə dövlət və özəl xəstəxanaların birində calışır.
Səmərəli fəaliyyəti ilə seçilən, Yaşar həkim Azəbaycan Respubilkası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir çox hərbi qulluqçulara (həkimlərə) şəxsi nümünə olmuş,”Hippokrat Andına” isə həmişə sadiq qalmışdır.
Yaşar həkim həm ölkəmizdə, həm də xarici ölkələrdə (Ukrayna Respublikasında və Rusiya Federasiyasında) mütamadi olaraq ixsasartırma kurslarında, konfranaslarda və seminarlarda fəal iştirak etmişdir.
O, Daxili Qoşunların hərbi hospitalında xidmət etdiyi, dövlət və özəl tibb müəssisələrində işlədiyi illər ərzində Lor cərrahiyə sahəsi üzrə bir çox uğurları və nailiyyətləri olmuşdur.
Öz xidməti vəzifələrini və hərbi hospitalın qarşısında qoyulmuş tapşırıqların yerinə yetirərkən fəriqləndiyinə, şücaət, fədakarlıq və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmirləri ilə əla xidmətlərə görə əlacı döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, diplomlarla (pul mükafatları ilə) və qiymətli hədiyyələrə mükafatlandırləb və ona təşəkkur elan edilib .
Yaşar həkim,Ulu Tanrı bu şərəfli həyatınızda möhkəm cansağlığı və daimi könül xoşluğu bəxş etsin!
100 il sağlam və mənalı ömür yaşayın!
Ad Günün Mübarək!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder