İnsan ücün yada qalan tarixlərdən biri onun doğum günüdür.Belə insanlardan biri də, yüksək həkim peşəkarlığı, dərin zəkası, humanistliyi,dəqiqliyi,diqqətliyi, qayğıkeşliyi, təmkinliyi vətənpərvərliy, sadəliyi, səmimiyyəti, işgüzarlığı,iradi, mənəvi keyfiyyətləri, səmərəli fəaliyyəti və insanpərvərliyi ilə seçilən, ömrünün ən məhsuldar dövrünü hərbı xidmətdə və tibb müəsələrində hərbi həkim kimi keçirmiş - ehtiyatda olan tibb xidməti mayoru Qasım - zadə Könül Arif qızının bu günlərdə 50 yaşı tamam olub.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında tibb xidməti sahəsində özünə məxsus yeri olan, vətənsevər daimi həyatın bütün snaqlarından ləyaqətlə və üzüağ çıxan- ehtiyatda olan tibb xidməti mayoru Qasım -zadə Könül Arif qızını doğum (yubiley) günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, həkimləri, onun doğmaları, əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Könül həkim, qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin və hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Qeyd edək ki, Vətənə,dövlətə, xalqa şərəflə xidmət etmiş, sadə və təvazükar insan, zəngin mənəviyyat sahibi,ali dərəcəli həkim tibb xidməti mayoru Qasım-zadə Könül Arif qızı 1970-ci ilin dekabr ayının 1-də zəhmətkeş bir ailədə anadan olub.
Könül Qasım -zadə Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Kon stitusiyasına və qanunlarına əməl edilməsi, Səhiyyə Müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, Hərbi andın, hərbi nizamnamələrin, tibb işçilərinin əxlaqı kodeksinin tələblərinin yerinə yetirilməsi işində bir çox hərbi qulluqçulara nümunə olmuş, Hippokrat andına isə həmişə sadiq qalmışdır.
Hərbi və həkim yoldaşları Könül xanımı vətənpərvər, xeyirxah, qorxmaz, səxavətli, əliacıq insanpərvər və zəhmətkeş həkim kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və işlədiyi mühitdə, istərsə də dost - tanış, qohum - əqraba, qonşu, ünisiyyətdə olduğu həmkarları və üzvü olduğu böyük ailənin arasında özünə böyük hörmət qazanıb.
Yüksək insani keyfiyyətləri ilə və kamil həkimlik peşəsinə qadir Könül həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, ictimai siyasi və ixtisas hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və bir peşəkər həkim kimi, nümunəvi xidmətinə görə Daxili İşlər Nazirliyinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmrləri ilə əla xidmətlərə görə bir sıra medallarla, yubiley və döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, diplomlara, qiymətli hədiyyələrlə mükafatlandırılıb və ona təşəkkur elan edilib
KÖNÜL HƏKİM YENİ YAŞIN MÜBARƏK OLSUN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTI DAN, BƏDBİNLİK DƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder