Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətri el-oba əziz tutulmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsada bir o qədər də şərəflidir. Xalqımın səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək, xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq onların etimadını qazanmaq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Şərəfli ömür yolu kecmiş, insanların sağlamlığını ləyaqətlə qorumuş və qayğıkeş həkim kiçikdən-böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış, dürüst, vətənpərvər, gözəl insan və əlləri qızıl olan,ali dərəcəli həkim – istefada
olan tibb xidməti mayoru Hüseynov Bəxtiyar İbrahim oğlunun dekabr ayının 10- da dünyaya göz acdığı gündür.
Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında tibb xidməti sahəsində öz dəst -xətti və xüsusi xidmətləri olan, daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respublikasının müharibə veteranı, ali dərəcəli hakim- istefada olan tibb xidməti mayoru Bəxtiyar Hüseynovu belə bir əlamətdar gün münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları,yaxınları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Bəxtiyar həkim qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Yüksək peşəkarlığı ,dərin zəkası,gözəl nitq qabiliyyəti və səmiyyəti ilə seçilən,həmişə müasir müalicə üsullarına can atan ali dərəcəli həkim- tibb xidməti mayoru Hüseynov Bəxtiyar İbrahim oğlu oğlu 1955 -ci ilin dekabr ayının 10 -da Xanlar (indiki Göy göl ) rayonunun Layış kəndində zəhmətkeş ailədə anadan olub.
1973- ci ildə Xanlar (indiki Göy göl) Layış kənd orta məktəbi,1982-ci ildə isə Bakı şəhərində Azərbaycan Dövlət Tibb İnstitutunu (fəriqlənmə diplomu ilə) bitrib. Əziz Əliyev adına Azərbaycan Dövlət həkimlərin təkmilləşmə institutunda müvafiq kurslarda olub. O, (Din-in) Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində (hərbi hospitalında) keçirilən bir cox təlim-metodiki toplanışlarda, xüsusi -taktiki təlimlərdə, semnar və konfranslarda fəal iştirak edib.
1974- 1976- cı illərdə Sovet ordusunun Ukrayna Respubilkasında yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.
O, 1982 - ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra, təynatla 1992-ci ilin mart ayının 12-nə kimi Sırxavənd kənd Xəstəxanasında baş həkim vəzifəsində calışıb.
1992- 2010-ci illərdə Daxili İİşər Nazirliyinin Daxili Qoşunların Ağdam,Ağdərə,Xəzər,Xətai,Zakatala, Hacıqabul və Bərdə rayonunda yerləşən hərbi hissələrində terapevt, tibb məntəqəsinin rəsi və tibb xidmət rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib.2011-2015 illərdə Bakı şəhəri Təxirə salınmaz Tibb yardım stansiyasında işləyib.
Bəxtiyar həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində onun ilk döyüş yolu 1992-ci ildə Paravənd kəndinin müdafiəsindən başlayıb. Bir əlində silab,bir əlində həkim çantası döyüşləin ən qızğın yerində döyüşçülərmizə çiyin-çiynə verib,düşmənə qarşı iğidliklə vuruşmuş, yaralılara ilk tibbi yardım göstərmişdir. Döyüş yolu Ağdərənin əksər kəndlərinin azad olunmasından keçən döyüşcü həkim Vətənə öz öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirmişdir.O,əlindəki tibb ləvazimatını silaha cevrib,ölumlə mübarizəyə girərək,neçə-neçə yaralı döyüşçünü xilas etmiş və yenidən həyata gətirmişdir. Qəhraman döyüşçülərmiz kimi, Bəxtiyar həkimdə 1992-1994-cü illərdə müharibənin ağırlığını ciyinlərində daşıyan,ağrısını ürəyinə ötürən xilaskar və qayğıkeş həkim olmuşdur.
Ömrünü insanarın sağlamlığı yolunda əridən,yüksək insanı keyfiyyətlərə və kamilik peşəsinə qadir Bəxtiyar həkim sağlamlıq bəxş etdiyi insanların yadaşında və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.
Hərbi və həkim yoldaşları onu vətənpərvər,qayğıkeş,mehriban,sadə, tevözkar,intellektual səviyyəli, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost – tanış, qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
Qanunvericiliklə müəyyən olunmuş qaydada, şəhərdə,yaşayış məntəqələrində,kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, şəhərdə kütləvi iğtişaşların qarşısının alınmasında, qəzaların bədbəxt hadisələrin,yanğınların, təbii fəlakətlərin və başqa fövqalədə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcə də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.Azərbaycan Respublikasının müharibə veterandır.
Öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara (həkimlərə),Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi şəxsi nümunə olmuşdur. Hippaokrat andı icən ali dərəcəli Bəxtiyar həkim o, anda sona qədər sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fərqləndiyinə görə Daxili işlər nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub , bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 10 illiyi ( 1991- 2001)” yubiley medalı ilə;
4.”Azərbaycan Respubilkasının Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN BƏXTİYAR HƏKIM !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respibilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder