Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində ləyaqətlə duran, onların qayğısına qalan həkimlərin xətrini el-oba əziz tutmuşdur. Hətta el arasında müdrüik adamları loğmanla müqayisə edirlər.
Həkim adını daşımaq nə qədər məsuliyyətli olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq, hər kəsin öz sağlamlığını və həyatın etibar edəcəkləri qədər inamını qazanmaq hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış problemlərini unutduraraq həkimlərin peşə vəzifələrinin ən ümdə məqamlarından biridir.
Şərəfli ömür yolu keçmiş insanların sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə onu tanıyanların hər birinin rəğbətini qazanmış peşəkar, dürüst, vətənpərvər, daimi hərbi qulluqçuların yaddaşnda qalan , gözəl insan və əlləri qızıl olan - istefada olan tibb xidməti kapitanı Sevda Əmrinin dekabr ayının 8 də dünyaya göz acdığı gündür.
Daima həyatın bütün imkanlardan alnıaçıq və üzüağ çıxan- istefada olan tibb xidməti kapitanı Sevda Əmrini doğum günü münasibətilə Daxili Qoşunların hərbi vəzifəliləri,doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib deyirlər, Sevda həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu illər bəxş etsin və hər yeni günüz isə səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Hər kəsi özündən incitməyən,xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq münasibəti yaradan, tibb xidməti kapitanı Əmri Sevda Yədulla qızı 1964- cı ilin dekabr ayının 8 -də Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Həyatda insan taleyi ilə bağlı olan bütün işlərin məsuliyyətini dərindən dərk edən Sevda xanım 1982- cü ildə Bakı şəhərində orta məktəbi,1990-cü illdə isə Azərbaycan Dövlət Tibb İnstitutunu bitrib.
Əhatəsində olan insanların və iş yoldaşlarının hörmətini qazanan, dostları və yaxınları ilə isti münasibətdə olan Sevda Əmri 1995 – 2015-ci İ
İllərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Qaradağ və Nərimanov rayonlarında yerləşən hərbi hissənin (hərbi hospitalın) Reanimasiya şöbəsində həkim anestezioloq- reanimatoloq vəzifəsində Vətənə və xalqa sədaqətlə xidmət edib.Sevda xanım Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hospitalında, həkimlərin təkmilləşmə İnstitutunda keçirilən bir cox təlim- metodiki toplanışlarda, ixtisas artırma kurslarında, seminar və konfranslarda fəal iştirak etmişdir.
Sevda həkimin iş yoldaşları onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit (peşəkar həkim) kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum əqraba arasında özünə böyük hörmət qazanıb.
Yüksək peşəkarlığı ilə seçilən, Sevda həkim Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andın, hərbi nizamnamələrin, Daxili Qoşunların hərbi hospitalı haqqında əsasnamənin (təlimatın) tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqçular və həkimlər üçün şəxsi nümunə olmuşdur. Hippaokrat andı içən Sevda həkim o, anda sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Şərəfli xidmət yolunun 20 ildən çoxunu Daxili Qoşunların hərbi hospitalının Reanimasiya şöbəsində hərbi həkim anestzioloq-reanimatoloq vəzifəsində keçirmiş vətənpərvər, cəfakeş insan təcrübəli və zəhmətkeş Sevda həkimin Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq.
Öz xidməti vəzifə borclarını və hərbi hospital qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə, xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Sevda həkim Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, və hərbi hissə komandirinin (hərbi hospital rəisinin), şöbə rəisinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb , ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
2.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991 - 2001)” yubiley medalı ilə;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008 )” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN SEVDA HƏKİM !
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder