Daxili İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının həyatında öz dəst- xətti olan,yüksək peşəkarlığı, humanistliyi,işgüzarlığı,təşkilatçılıq bacarığı , iradı və mənəvi keyfiyyətləri ilə seçilən, Azərbaycan Reslubilkasının Silahlı Qüvvələri Veteranı- ehtiyatda olan polkovnik Ağayev Sultan Məmmədşah oğlunun dekabr ayinın 8- də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alınıaçıq və üzüağ çıxan, Sultan Ağayevi belə bir əlamətdar gün münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları və iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu edib deyirlər, Sultan qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun səni xoşbəxt edəcək şəkildə keçsin.
Azərbaycan Reslubilkasının Silahlı Qüvvələr Veteranı- ehtiyatda olan polkovnik Ağayev Sultan Məmmədşah oğlu 1964-ci ilin dekabr ayının 8-də İsmayılı rayonunun Kurdmaşı kəndində zəhmətkeş bir ailədə anadan olub.
1982-ci ildə İsmayılı rayonun Kurdması kənd orta məktəbi, 1993 -ci ildə Azərbaycan Poltexnik İnstitutunu (Azərbaycan Texniki Universiteti) ,1997-ci ildə Zabit heyətinin təhkimləşdirmə kursunu, 2005 və 2007-ci illərdə isə Türkiyə Jandarma Qüvvələrinin Ankara və (Foce) İzmir şəhərlərində yerləşən hərbi məktəblərində zabitlərin ixtisasartırma kurslarını bitirib,
1983-1985-ci illərdə Sovet ordusunun Leninqrad (indiki Sank-Peterburq) şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1986-1992-ci illərdə İsmayılı rayonunda dövlət və özəl sahədə işləyib.1994-2023-cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Nərmanov, Xətai, Quba və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində taqım komandiri,bölük komandirin müavini, avtomobil bölük komandiri, avtomobil tabor komandirin müavini,avtomobil tabor komandiri, təminat tabor komandiri, hərbi hissə komandirinin maddi üzrə müavini vəzifələrində xidmət edib.
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin dəqiq və sözsüz yerinə yetirilməsi işində öz tabeliyində olanlara və bir çox hərbi qulluqçulara şəxsi nümunə olaraq Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Sultan Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kolektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Din-in Daxili Qoşunlarına həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, yaşayış və cəzaçəkmə müəssisələrində kütləvi iğtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,axtarışda olan şəxslərin tutulmasında və zərərləşdirilməsində,mühüm dövlət və mühafizə olunan obyektlərin, inzibatı binaların,xüsusi yüklərin,inzibatı binaların və hərbi təchizat anbarların mühafizə olnmasında, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbii fəlakətlər və başqa fövqəladə hallar habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejim karantin tədbirlərinin həyata keçirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyətlə və şərəf hissi ilə yerınə yetirmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə, eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin,
Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.”Azərbaycan Resıubilkası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
2."Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15-təqvim ili;
4.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə,
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10- illiyi (1991-2001)” yubiley medalı ilə;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90- illiyi (1918-2008)” yubiley medalı ilə;
7.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95- iliyi (1918-2013)” yubiley medalı ilə;
8."Azərbaycan Respubilkası Sillahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə.
9.”Hərbi xidmətdə fəriqlənməyə görə” 3 -cü dərəcəli medal ilə;
10.”Hərbi xidmətdə fəriqlənməyə görə” 2 -ci dərəcəli medal ilə.
60 İLLİK YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN SULTAN!
DAİMA XOŞBƏXT VƏ FİRAVAN YAŞA!
ALLAH SƏNİ BÜTÜN ARZULARINA ÇATDIRSIN!
ÖMRÜN UZUN OLSUN 100 YAŞA.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder