Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının həyatında öz dəst-xətti və xüsusi xid mətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 30 ilini hərbi xidmətə həsir etmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı-istefada olan polkovnik- leytenat Əzizov Tofik Əziz oğlunun yanvar ayının 1- də 76 yaşı tamam olur .
Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - istefada olan polkovnik- leytenat Tofik Əzizovu doğum günü munisibətilə Daxili İşlər Nazirliyi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, əzizləri, iş və döyüşçü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzu edib deyirlər, Tofiq müəllim qoy yaşının üstə gələn bu yeni yaşda sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq dahada xoşbəxt etsin.
Əzizov Tofiq Əziz oğlu 1949 - ci ilin yanvar ayının 1- də Masalı rayonun Hacıtəpə kəndində zəhmətkeş ailədə anadan olub.
1966- ci ildə Masallı rayonun Hacıtəpə kənd orta məktəbi, 1968- ci ildə Bakı Texnologiya Texnikomunu ,1971-ci ildə SSRİ Daxili İşlər Nazirliyin Daxili Qoş unların Gürcüstan Repspu blikasında yerləşən əlah iddə tədris taborunda “Gizir lərlər” məktəbini, 1982-ci ildə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Sanktt Peterburqdakı (kecmiş Leninqrad) Ali Hərbi Siyasi Məktəbini bitirib.
1968 -1970-ci illərdə Sovet Ordusunun Ukrayna Respublikasında və Çexoslovakiya Respubilkasında yerləşən hərbi hissələrin birində müddətli həqqi hərbi xidmətdə olub.
1970-1991- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Gürcüstan və Azərbaycan Respublikalarında yerləşən divziyalarının Bakı , Kutaisi və Batumi şəhərlərində yerləşən konvoy mühafizə alaylarında və əlahiddə konvoy- müşayət taborunda, bölüyün baş cavuşu, taqım komandiri, bölük komandirinin müavini, taborun qərargah rəisi vəzifələrində olub.
1992- 1998- ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissələrində alay komandirinin müavini-qərargah rəisi, hərbi hissə komandiri, DİN-in Daxili Qoşunların Bas İdarəsinin in əməliyyat şöbəsində baş zabit, Daxili Qoşunların Baş İdarəsinin maddi - texniki təminat idarə rəisinin müavini-qərargah rəisi vəzifələrində Vətənə və xalqa, sədaqətlə xidmət edib.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində SSRİ Daxili İşlər Nazirliyi nin Daxili Qoşunlarının Tiflis ,Kutais və Bakıı şəhərində yerləşən diviziyalarında və hərbi hissələrində ,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki- təlim toplanışlarda, müvafiq kurslarda, hərbi xüsusi -taktiki təlimlərdə, nümunəvi – göstərici məşğələ lərdə, komanda- qərargah məşqlərində , seminar və konfranslarda fəal iştirak etmişdir.
Polkovnik leytenat Tofiq Əziz oğlu Əzizov 1992 -1994 -cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə fəal iştirak edən Daxili Qoşunların ilk zabitlərindən biri olaraq ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Tofiq Əzizov Din-in Daxili Qoşunlarda xid mət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili doşunlar ın döyüş xidməti nizam namələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələ və tapşırıqların yerinə yetirilməsində , şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr, yanğınlar təbbi fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, şəhərdə , yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı- istefada olan polkovnik- leytenat Daxili Qoşunların Bas İdarəsində xidmət etdiyi illər ərzində, bir çox komissiyaların tərkibində və məqsədli qurupların rəhbəri olarkən, səm ərəli fəaliyyəti, işgüzarl ığı, mənəvi keyfiyyəti, təşkilatçılıq bacarığı ilə daimi Daxili Qoşunlar Komandanın və onun müavinlərinin diqqət mərkəzində olmuşdur
Hərbi yoldaşları Tofik Əzizovu onu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldığı orta və ali təhsil müəsisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,istər sədə dost- tanış , qohum- əqraba arasında özünə böyük hörmət qazanıb.
Öz xidməti vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və hərbi hissə qarışlısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazırlərinin, Daxili Qoşunlar Komandanlarının və onun müavinlər inin, ali hərbi məktəb rəisinin, diviziya və hərbi hissə komandirlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanlarıilə təltif olunub,bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Öz vəzifə borclarının yerinə yetirilməsində xüsusi fəriqləndiyinə, Azərbaycan Respublikasının müstəqilliyinin,ərazi bütövlüyünün qorunub saxlanmasında, respublikada əmin — amanlığın təmin edilməsində, ictimai ai əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağı dakı medalarla təltif olunub:
1.”Azərbaycan Reslubilka sı Silahlı Qüvvələr Veteranı” medalı ilə;
2.” SSRİ Silahlı Qüvvələrinin 60 illyi (1918-1978) yubiley medalı ilə;
3.” SSRİ Silahlı Qüvvələrinin 70 illiyi ( 1918- 1988)” yubiley medalı ilə;
4.”Qüsursuz xidmətə görə” 1 -ci dərəcəli medal ilə – Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;
5.”Qüsursuz xidmətə görə ” 2- dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
6.” Qusursuz xidmətə görə ” 3 -cü dərəcəli medal ilə-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
TOFİK, 76 YAŞIN MÜBARƏK!!!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Dərin hörmətlə və səmimiyyətlə:Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder