Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının hərbi hissələrində və Daxili Qoşunların Baş İdarəsində müxtəlif vəzifələrdə xidmət etmiş, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, səmimiyyəti, işgüzarlığı, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün 15 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş – istefada olan polkovnik- leytenat Hacıyev Fərman Musa oğlunun yanvar ayının 2 -də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtah anlarından alnıaçıq və üzüağ çıxan Azərbaycan Respubilkasının müharibə veteranı -istefada olan polkovnik - leytenat Hacıyev Fərman Musa oğlunu belə bir əlamətdar gün münasibətilə DİN-in Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Fərman qoy yaşınızın üstə gələn bu yeni yaşda sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə sizi istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.
Vətənpərvər və torpağına bağıı gözəl insan polkovnik -leytenat Hacıyev Fərman Musa oğlu 1958 -ci ilin yanvar ayının 2-də Qazax rayonunun Muğanlı kəndində zəhmətkeş bir ailədə anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Fərman Hacıyev 1975- - c ildə Qazax rayon Muğanlı kənd orta məktəbi,1978-ci ildə hərbi kafederanı, 1979 cu ildə Azərbaycan Dövlət Universitetini, 1991-ci ildə Kənd Təsərrufatı İnstitutunu, 2001- ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitrib.
Fərman Hacıyev DİN-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim- metodiku toplanış larda, xüsusi -taktiki təlimlərdə, komanda- qərargah məşqilərin də,müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Heç kəsi özündən incitməyən, xoş rəftarı ilə, hamilə dostluq münasibəti yaradan Hacıyev Fərman Musa oğlu 1979-1992-ci illər də Ukraynanın Kirovoqrat vilayətində və Bakı şəhərində (Ramanı savxozda) kolxoz, komsomol və kommunist partiya təşkilatının katibi və kolxoz direktoru vəzifələrində işləyib.
1993-2008-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Binəqədi, Füzuli və Xəzər rayonlarında yerləşən hərbi hissələrində tabor komandirinin tərbiyəvi işləri üzrə müavini, tərbiyəvi işlər üzrə bölmədə baş təlimatcı, mühəndis və kimya xidmət rəisi, DİN - in Daxili Qoşunların Bas İdarəsinin kadırlar şöbə sində isə baş zabit vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət edib. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabuncu rayon şöbəsinin üzvüdür.
Fərman Hacıyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və digər hərbi qulluqçulara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qayda da Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində, mühüm dövlət obyektlərin mühafizə olunmasında, yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin təmin edilməsində və ictimai asayişin qorumasında, fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların,yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları onu, vətənpərvər, qoruxmaz, saxavətli, insanpərvər, əliacıq və zəhmətkeş hərbiqulluqçu kimi dəyərləndirirlər.O,istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsədə dost- tanış, qohum -əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin,Ali Hərbi Məktəb, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları təltif edlib, bir çox fərmanlarla,diplomlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1."Azərbaycan Resp ublikası Silahlı Qüvvə lərinin yaranmasının 10 illiyi ( 1991 - 2001 )” yubiley medalı ilə;
2."Azərbaycan Respu blikası Silahlı Qüvvə lərinin yaranmasının 90 illiyi ( 1918 -2008) ” yubiley medalı ilə;
3."Qüsursuz xidmətə görə 3 -cü dərəcəli medalı – Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4."Qüsursuz xidmətə görə" 2- ci dərəcəli medal - Silahlı Qüv vələrdə 15 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN FƏRMAN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder