Daxil İşlər Nazirliyinin (Din-in) Daxili Qoşunlarının hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, yüksək peşəkarlığı, dərin zəkası, vətənpərvərliyi, gözəl nitq qabiliyyəti, sadəliyi, insanpərvərliyi, səmimiyyəti və səmərəli fəaliyyəti ilə seçilən- ehtiyatda olan polkovnik- leytenant Poladov Elşən İsbat oğlunun dekabr ayının 18 - də dünya göz açdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan - ehtiyatda olan polkovnik -leytenant Elşən Poladovu doğum günü münasibətilə Din-in Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş yoldaşları səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Polad qoy hər yeni yaşınız sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz isə sizi istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Poladov Elşən İsbat oğlu 1981-ci illin dekabr ayının 18 -də Azərbaycan Respublikasının Şabran rayonunda zəhmətkeş bir ailədə
anadan olub.
1998 - ci ildə Şabran rayon 1 nömrəli tam orta məktəbi, 2003- ci ildə Bakı Ali Ümümqoşun Komandirlər Məktəbini (BAÜKM), 2004 - ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim- tədris mərkəzində zabitlərin ixtisas artırma kursunu bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində 2005-ci ildə Türkiyə Jandarma Qüvvələrinin, 2007-ci ildə Macarıstan ölkəsinin, 2014 və 2017- ci illərdə isə Çin Xalq Respublikasının ali hərbi məktəblərinin birində ixtisas artırma kurslarında olub.
2003-2024 - ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində müxtəlif vəzifələrdə Dövlətə və xalqa sədaqətlə xidmət edib. Hal- hazırda Elşən Poladov özəl şirkətlərin birində kadr üzrə mütəxəssis vəzifəsində çalışır.
Elşən Poladov Din-in Daxili Qoşunlarıda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin və hərbi qulluqçuların etik davranış kodeksinin tələblərinin, əmr və sərəncamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox hərbi qulluqcular üçün səxsi nümunə olub.
Polkovnik-leytenat Elşən Poladov Daxili Qoşunların Baş İdasində, təlim -tədris mərkəzlərində və hərbi hissələrdə keçirilən bir çox təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma kurslarda, taktiki -xüsusi təlimlərdə, nümnəvi-göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və baçarıqlarını maksimal təhkimləşdirib və beləcə daxili qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.
Elşən Poladov həmişə ulu öndərin idealarına, dövlət başçımızın yerdiyi siyasətə, dövlətçiliyə sadiq ,hər zaman sözü ilə əməli bir olan zəhmətkeş zabit olub.
Qanunvericiliklə müəyyən edilmiş qaydada DİN- in Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,
şəhərdə, yaşayış yerlərində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, qəzalar, yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa fövqalədə hallar, habelə fövqaladə vəziyyət və komendat saatı zamanı hüquqi rejimin təmin edilməsində, dövlətin ərazi bütövlüyünün təmin olunmasında, eyni zamanda küratoru olduğu xidmət sahələrinin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri iIə əlaçı və yubiley döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin olunmasında iştirak etdiyinə,
döyüşlər və xüsusi əməliyatlar zamanı şücaət, fədakarlıq göstərdiyinə və öz xidməti vəzifələrini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə polkovnik- leytenant Poladov Elşən İsbat oğlu aşağıdakı medallarla təltif olunub:
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918- 2008)” yubiley medalı ilə;
2."Qüsursuz xidmətə görə" 3 -cü dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
3."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə.
Hərbi yoldaşları Elşən Poladovu vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsədə dost - tanış , qohum - əqraba arasında özünə böyük hörmət qazanıb.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ELŞƏN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder