Yüksək peşəkarlığı, humanistliyi, təmkinliyi, dəqiqliyi, sadəliyi,səmimiyyəti, tovazürkarlığı, vətənpərvərliyu,işgüzarlığı iradı və mənəvi keyfiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 38 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətdə
və Daxili İşlər Orqanında müvafiq vəzifələrdə keçirmiş, Azərbaycan Respublikasının polis veteranı- istefada olan polkovnik- leytenant Qurbanov Elçin Murad oğlunun dekabr ayının 15 də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün cətinliklərindən alınıaçıq və üzüağ çıxan - istefada olan polkovnik - leytenat Elçin Qurbanovu doğum günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN -in) Daxili Qoşunlarının ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri və iş yoldaşları səmimi qəlbdən təbrik edir,həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, ailə səadəti və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzu ediib deyirlər, Elçin qoy yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin,
hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin
Polkovnik leytenat Qurbanov Elçin Murad oğlu 15 dekabr 1963- cü ildə Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub. O,1981-ci ildə Bakı şəhərində orta məktəbi, 1989 -cu ildə isə SSRİ Daxili İşlər Nazirliyin Vülnus şəhərində orta rəis heyəti hazırlayan milis məktəbini bitirib.Elçin Qurbanov Din- in Daxili Qoşunlarında və Daxili işlər orqanında xidməti etdiyi illər ərzində bir çox metodiki- təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.
Polkovnik- leytenant Qurbanov Elçin Murad oğlu 1981-1983- cü illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Arxangelski vilayətində yerləşən hərbi hissələrin birində də müddətli həqiqi hərbi xidmətdə olub.
1985- 1990 -cu illərdə SSRİ DİN-in Arxangelski vilayətində xüsusi komendaturada və Bakı şəhər Qaradağ milis şöbəsində əməliyyatçı vəzifəsində olub.
1991-2020 -ci ilərdə Daxili İşlər Nazirliyinin İslah- Əmək Müəssə İdarəsinin Bayıl və Şuvalan həbsxanalarında, cəzaçəkmə müalicə müəssisəsində əməliyyatcı, əməliyyat -axtarış şöbə rəisi, Baş İctimai Təhlükəsizlik İdarəsində əməliyyat müvəkkili, Daxili Qoşunların Baş İdarəsinin Kəşfiyyat şöbəsində baş zabit,Baş Əməliyyat Statistika İdarəsində baş inspektor, axtarış ucotları üzrə qurup rəisi, Polis Akademiyasında komendant xidmətinin rəisi,Təhqiqatlar İdarəsində isə katibliyin rəisi vəzifələrində Vətənə və xalqa sədaqətlə xidmət etmişdir.
Polkovnik- leytenat Elçin Qurbanov Daxili Qoşunlarda və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində, hər zaman qarşısına qoyduğu məqsəd və amal uğrunda yorulmadan mübarizə aparmış və daima qələbə qazanmışdır. Bü insan üçün ən meyar, başlıca qürurunu saxlamaqdan ibarət olub. O,harda xidmət etməsinə baxmayaraq öz xidməti vəzifəsini layiqincə yerinə yetirmiş, qanunun tələblərinin ədələtlə tətbiq edilməsində həmişə pirinspial mövqe tutmuşdur.
Qurbanov Elçin Murad oğlu, həmişə ləyaqətinin, şərəfinin, işgüzar fəaliyyətinin toxunmazlığnı gözləmiş, nüfuzunu qorumuş vüqarını daima yüksək saxlayaraq, alını açıq və başı uca gəzmişdir. Xalqa, elə obaya, dövlətə xidmət, özüdə etdiklərini sinəsi el-oba qatqılı, vətən qüdrətli öz fəaliyyətini göstərmişdir.
O, DİN-in Polis İdarələrində (şöbələrində), Din-in Daxili Qoşunlarında və Polis Akademiyasında müvafiq vəzifələrdə xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, Hərbi və Polis Andının tələblərinə eləcədə vəzifə borclarının icracına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti- döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə tabeliyində olan hərbi qulluqçuları və polis əməkdaşlarını fədakar xidmətə ruhlandırmışdır.
Azərbaycan Respublikasının polis veteranı, polkovnik- leytenant Elçin Qurbanov Din-in Daxili Qoşunlarda və Daxili İşlər Orqanlarında xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər,əliaçıq və zəhmətkeş zabit kimi göstərmişdir.O, istər anadan olduğu və yaşadığı ərazidə, istərsə də, oxuduğu orta və milis məktəbdə, istərsə də işlədiyi və xidmət etdiyi kollektivlərdə, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.
O, Daxili İşlər Orqanında xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi və polis zabiti kımı göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Elçin Qurbanov Azərbaycan Respublikasında şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr, yanğınlar,təbbi fəlakətlər və başqa fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin olunmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yernə yetirmişdir.
Öz xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüs keyfiyyətləri göstərdiyinə görə, döyüş ( peşə) və ictimai sıyası hazırlığında, nizam intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna görə və nümunəvi xidmətinə görə, polkovnik-leytenant Myirad oğlu Elçin Qurbanov SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Orta milis məktəb rəisinin, polis idarə (şöbə) rəislərinin müvafiq əmrləri ilə bir sıra medallarla, əla xidmətlərə görə, əlacı yubiley və idman dərəcəsi döş nişanları ilə təltif olunub, bir çox fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edlib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN
ELÇİN !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı
polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder