Təbrik: Mayor Tahir Ağayev-63




Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müxtəlif vəzifələrdə xidmət etmiş -istefada olan mayor Tahir Ağayevin yanvar ayının 2-də 63 yaşı tamam olur.


Belə bir əlamətdar gün münasibətilə Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,iş yoldaşları və doğmaları   2-ci qrup müharibə əlili  -istefda olan mayor Ağayev Tahir Cəlal oğlunu  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin neymət olan möhkəm cansağlığı, ailə səadəti  və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzulayir.

      

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və müharibə veteranı- istefada  olan mayor Ağayev Tahir Cəlal oğlu  03 yanvar 1962-ci ildə Qubadlı rayonunun İşıqlı kəndində dünyaya göz açıb.


Azərbaycan Respublikasının 2-ci qurup müharibə əlili Tahir Ağayev  1979-cu ildə Qubadlı rayonunun İşıqlı kənd orta məktəbini, 1982-ci ildə Sovet ordusunun Volqoqrad şəhərində yerləşən  hərbi məktəbi, 1986-ci ildə isə Sumqayıt Dövlət (Politexnik) Texniki kollecini bitrib.      O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində (hərbi hissələrində  və xarici ölkələrdə keçirilən   kuruslarda, taktiki-xüsusi təlimlərdə, təlim-metodiki toplanışlarda ,seminar və konfranslarda fəal iştirak etmişdir.


   Tahir Cəlal oğlu  Ağayev 1980-1981-ci illərdə Sovet ordusunun Komsomolsk- Amurda  yerləşən hərbi hissədə müddətli həqqi hərbi xidmətdə olub. 1982 - 1990-cı illərdə Sovet ordusunun Bakı şəhərində yerləşən hərbi hissələrinin birində  müxtəlif vəzifələrdə olub.


   Azərbaycan Respublikasının Silahlı Qüvvələr  və müharibə veteranı- istefada   olan mayor Tahir Ağayev 1990- 2010-cu illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Binəqədi, Ağdam və Ağdərə rayonlarında yerləşən hərbi hissələrində bölüyün baş cavuşu (starşına rota), taqım komandiri, böluk komandirinin müavini,  böluk komandiri, mühəndis və kimya xidməti rəisi vəzifələrində Vətənə dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.


    Tahir Ağayev peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün  ən məhsuldar dövrünün 30- ildən  çox şərəfli  xidmət yolunu  hərbi xidmətdə keçirərək üzərinə düsən vəzifələ və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


  O,Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam və Ağdərə rayonları istiqamətdə ) gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb.


  Tahir Cəlal oğlu  Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu   təhsil müəssisələrində,yaşadığı ərazidə  kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün  nümunə olmuşdur.


  T.Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.


 Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili qoşunların döyüş xidməti  nizamnamələrinin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir çox  hərbi qulluqçuları fədakar hərbi xidmətə

ruhlandırmışdır.

     

Mayor Tahir Ağayev  qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqları yerinə şəhərdə, yaşayış məntəqələrində və kütləvi- tədbirlərin keçirilməsi yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, qəzalar , bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar, habelə fövqəladə  vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin olunmasında,  dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə   yerınə yetirmişdir.


    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, diviziya və hərbi hissə komandirinin müvafiq əmrləri ilə "Əla Xidmətlərə görə " əlacı  və yubiley nişanları ilə təltif olunub, (pul mükafatları ilə), fəxri fərmanlarla və  qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


    Döyüş hazırlığındakı  əla göstəricilərə görə, təlimlərdə, döyüş xidməti və döyüş növbəsində xüsusi fərqləndiyinə görə, şücaət və   fədakarlıq xidmətlərinə görə  SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:


1."Azərbaycan Respublikasının Silahlı Qüvvələr Veteranı" medal ilə;


2."Qüsursuz xidmətlə rə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli medal ilə;


3."SSRİ Silahlı Qüvvələrin  70-iliyi  (1918-1988)” yubiley medalı ilə;


4.”Azərbaycan Respublikasının Silahlı Quvvələrinin 10-illiyi (1991-2001) və 90-illiyi (1918-2008)” yubiley  medaları ılə .


     Azərbaycan Respublikasının Prezidentinin 30 iyun 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,müttəşəkil cinayətkarlığa, terrorculuğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, xüsusi fəriqləndiyinə görə "Vətən Uğrunda " medalı ilə təltif edilib.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.

TAHİR MÜƏLLİM!


ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!


BÜTÜN ARZULARIN ÇİN OLSUN!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!


DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!


 Azərbaycan  Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteran  polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages