Daxili İşlər Nazirliyinin (DIN-in) Daxili Qoşunlarının Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrində müxtəlif vəzifələrdə xidmət etmiş, sadəliyi, iradl, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 23 ildən çox şərəfli xidmət yolunu hərbi xidmətə həsir etmiş- istefada olan kapitan Əliyev Zaur Ağaəli oğlunun dekabr ayının 4-də dünyaya göz acdığı gündür.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan, istefada olan kapitan Əliyev Zaur Ağaəli oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Zaur qoy yaşınızın üstə gələn bu yaş da sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar avtomobilist Əliyev Zaur Ağaəli oğlu 1963 -cı illin dekabr ayının 4-də- Bakı şəhərində zəhmətkeş bir ailədə anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçililən, Zaur Əliyev 1979 -cu ildə Bakı şəhəri Nizami rayonun Keşlə qəsəbəsində yerləşən 227 nömrəli orta məktəbin 8-ci sinifini, 1984-cü ildə Bakı Politexnik və Maşınqayırma texnikumunu, 1991- cı ildə Azərbaycanın Politexnik Institutunu (indiki Azərbaycan Texniki Universitetini), 1999 -cu ildə isə Din-in Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən zabitlərin ixtisas artırma kursunu bitrib.
Kapitan Zaur Əliyev Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiku toplanışlarda, taktiki- xüsusi təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi-göstərici məşğələlərdə, müvafiq ixtisasartırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
Xoş rəftarı və şirin dili ilə hər kəslə isti münasibət yaradan, Zaur Ağaəli oğlu Əliyev 1984-1986-cı illərdə Sovet ordusunun Moskva şəhərində yerləşən hərbi hissələrinin (avtomobil bölüklərinin) birində müddətli həqiqi hərbi xidmətdə olub.
1991-1993- cü illərdə Bakı şəhər Təmir- Ttikinti Quraşdırma İdarəsinin avtomobil qarajında müxtəlif vəzifələrdə çalışıb.
1994 -2016-cı illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrində avtomobol və zirehli texnika bolükdə taqım komandiri, avtomobil və zirehli texnika bölük komandirinin texniki hissə üzrə müavini, avtomobil və zirehli texnika bölük komandiri, avtomobil və zirehli texnika xidmət rəisinin köməkçisi vəzifələrində Dövlətə, vətənə və xalqa sədaqətlə xidmət edib .
Zaur Əliyev Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, Daxili İşlər Nazirliyinin və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, daxili işlər orqanları ilə birlikdə şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində post-patrul xidməti vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, fövqəladə hallar, habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
Hərbı yoldaşları kapitan Zaur Əliyevi vətənpərvər, qoruxmaz, zəhmətkeş hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanıb.
Öz xidmət vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanı və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə təltif edlib, bir çox fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla təltif edilib:
1."Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 - 2008)” yubiley medalı ilə;
2."Qüsursuz xidmətə görə 1 -ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3."Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medal ilə - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə.
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZAUR!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder