İnsan üçün ən yaddaq alan günlərdən başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur.Belə insanlar dan biridə daimi həya tın imtahanlarından alnıaçıq və üzüağ çıxan, peşəkarlığı , humanistliyi,nəzəri və praktiki biliyi , işgüzar lığı,mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyy əti ilə secilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsul dar dövrünün 21 ildən çox hərbi xidmət yolunu Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında kecirmiş, Azərbaycan Respublikasının müharibə veteranı, şəhid Alahyar Əliyevin qardaşı -istefada olan kapitan Əliyev Şəmsi Niftalı oğlunun yanvar ayının 1- də dünyaya göz acdığı gündür.Belə bir əlamətdar gün münasi bətilə kapitan Şəmsi Əliyevi Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları,əzizləri,iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ucun ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükən məyən nailiyyətlər arzu edib deyirlər,Şəmsi qoy yaşının üstə gələn bu yeni yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkil də keçsin.
İstefada olan kapitan Əliyev Şəmsi Niftalı oğlu 1956 – ci ilin yanvar ayının 1- də Ağdam rayonunun Şaxbulaq kəndində anadan olub.
1973-ci ildə Ağdam rayonunun Şahbulaq kənd orta məktəbini, 1983 -cü ildə DİN-in Daxili Qoşunların Tiflis şəhərində yerləş ən tədris alayında gizirlər məktəbini, 1998 -ci iidə isə Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsinin Xəzər rayonunda yerləşən təlim - tədris mərkəzində zabitlərin təkmləşdirmə kursunu bitirmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir çox təlim -metodiki toplanışlarda, hərbi xüsusi - taktiki təlimlərdə, müvafiq kurslarda, seminar və konfranslarda fəal iştirak etmişdir.
1976- 1978 -ci illərdə SSRİ DİNğ -in Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmətə olub.
1982- 1991 - ci illərdə SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların,Ağdam rayonunda, Xankəndi və Sumqayıt şəhərlərində rayonlarında və Xankəndim şəhərində yerləsən hərbi hissələrində nəzarətci,baş nəzarətci qrupun rəisi,bölüyün baş cavuşu , taqım komandırı və hərbi hissənin əşya xidməti rəisi vəzifələrində işləyib.
1992- 2001 -ci illərdə Azərbaycan Respublikas ının Daxili İşlər Nazirliyinin Daxil Qoşunlarının Ağdam, Quba rayonlar ında və Sumqayıt şəhərində yerləşən hərbi hissələrində əşya və ərzaq xidməti rəisi vəzifələri ndə Vətənə və xalqa sədaqətlə idmət edib.
Azərbaycan Respublika sının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdə rə ,Füzuli rayonları və Xankəndi şəhəri istiqa mətində) gedən döyüşlərdə iştirak edib.
Şəmsi Əliyev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insanpərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. kapi tan Şəmsi Əliyev istər anadan olduğu və yaşa dığı ərazidə, oxuduğu orta və ali təhsil müəs sələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublika sının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın, hərbi, daxil qoşunların döyüş xidməti nizamələrinin və hüquqi- normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əmə yini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifə və tapşırıqların yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın və ictimai təhlü kəsizliyin qorunmasnda ,yaşayış məntəqələrndə və cəzacəkmə müəssələrində kütləvi iğtşaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlı ğa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar , habelə fövqəladə vəziyyət və komendant saatı zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların , bədbəxt hadisələrin, yanğınlarınnvə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlət in ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilmişdir.
Öz xidməti vəzifə borclarını və hərbi həssə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə SSRI Ali Soveti və Azərbayc an Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağıdakı medallarla təltif olunub:
1.“ Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar il;
2.”SSRİ və Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 70 illiyi (1918-1988) və 10 iliyi (1991-2001)”
yubiley medaları ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ŞƏMSİ!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLS ÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN,BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri Və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder