Ömrünün önəmli bir hissəsini daxili işlər orqanlarda və Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmətə həsir etmiş,bu müddətində böyük hissəsini rəhbər vəzifələrdə çalışmış Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranı - ehtiyatda olan general - mayor Şirin Xəlilovun yanvar ayının 1 -də 70 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alını açıq və üzüağ çıxan, hörmətli generalımızı belə bir əlamətdar gün münasibətilə Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarının ehtiyada və istefada olan zabitləri, kollektivi, doğmaları, əzizləri, yaxınları, dostları, onun pərəstişkarları səmimi qəlbdən təbr ik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib, deyirlər, qoy yeni yaşının üstə gələn bu yaş da sizə sevincdolu günlər bəxş etsin.
Xəlilov Şirin Heydər oğlu 1955-ci ildə Naxçıvan Muxtar Respublika sınln Babək rayonunun Didivar kəndində zəhmətkeş bir ailədə anadan olub.
1973- 1975-ci illərdə SSRİ Daxili İşlər Nazirliyi (DİN-in) Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidməttdə olmuşdur.
1975-1979-cu illərdə SSRİ DİN-in Ordjonikidze Ali Hərbi Komandanlıq Məktəbində təhsil almışdır.
1979-1991-ci illərdə SSRİ DİN-in Daxili Qоşunlarında taqım komandiri, bölük komandirinin tərbiyə işləri üzrə müavini, bölük komandiri, tabor komandirinin müavini-qərargah rəisi, əməliy yat şöbə rəisinin baş köməkçisi vəzifələrində xidmət etmişdir.
1991-1995-ci illərdə Azərbaycan Respublik ası DİN-in xüsusi təyin atlı milis dəstəsində bölük komandirinin müavini, Naxçıvan Muxtar Respublikasının DİN-in qərargahının əməliyyat bölməsində baş inspektor, kadrlarla peşə hazırlığı üzrə inspekt or, katibliyin rəisi vəzifələrində işləmişdir.
1995-2003-cü illərdə Daxili İşlər Nazirliyi DİN-in Daxili Qоşunların Baş İdarəsinin Qərargahının əməliyyat şöbəsində baş zabit, hərbi hissə (briqada) komandirinin müavini – qərargah rəisi, Daxili Qoşunların Baş İdarəsinin döyüş hazırlığı idarəsində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə baş zabit, hərbi hissə (alay, briqada) kоmandiri vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublik ası Prezidentinin 25 dekabr 2003-cü il tarixli 50 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İş lər Nazirliyinin Daxili Qоşunları Kоmandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2017- ci il tarixli 3524 nömrəli Sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxlıb.
Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak Azərbaycan Respublikasının Silahlı Qüvvələri və müharibə veteranıdır.
Öz xidməti vəzifələrini, hərbi hissə və daxili işlər orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keşdiyi dövrdə göstərdiyi digər xidmətlərə görə SSRİ və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin,Daxili Qoşunlar Komandanlarının , ali hərbi məktəb rəisinin, dviziya, briqada və alay komandirlərinin müvafiq əmirləri ilə əla xidmətlərə görə əlaçı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə təltif edilib, bir çox fərmanlar la, qiymətli hədiyyələrlə mükafatlandırılmış, vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmiş, ona təşəkkur elan edilmiş və aşağıdakı medallarla təltif edilmişdir:
1.”Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medal ilə;
2.”Hərbi xidmətdə fərqlənməyə görə” 2 -ci dərəcəli medal ilə;
3.”Hərbi xidmətdə fərqlənməyə görə” 3 dərcəli medal ilə;
4.”Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə;
5.”Qüsursuz xidmətə görə” 1- ci dərəcəli medal-Silahlı Qüvvələ rdə 20 təqvim ili xidmətə görə;
6.”Qüsursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
7.”Qüsursuz xidmətə görə” 3- cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
8.”SSRİ Silahlı Qüvvələrnin 70 illiyi (1918-1988)” yubiley medalı ilə;
9.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi ( 1991-2001)” yubiley medalı ilə;
10.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
11.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 - illiyi (1918-2013)” yubiley medalı ilə.
Şirin Xəlilovun səmərəli və məqsədyönlü fəaliyyətinin ölkə və daxi li işlər nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymət ləndirilmiş, möhtərəm Prezidentimizin müvafiq fərman və sərəncamları ilə “general -mayor” hərbi rütbəyə layiq görülmüş və aşağıdakı orden və medallarla təltif olunmuşdur:
1.“Azərbaycan Bayrağı” ordeni ilə;
2. “Vətən uğrunda” medal ilə;
3 “Hərbi xidmətlərə görə” medalı ilə.
Hörmətli general! 70 illik yubiley gününüz mübarək olsun .
Dərin hörmətlə və səmimiyyətlə:Azərbaycan Respublikasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder